Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi
Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində "Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını" yazıb.
Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu xəbərləri şərh edərkən "konkret hektarlar barədə" danışmaq istəmədiyini deyib. Amma bildirib ki, mövqelərin möhkəmləndirilməsi daimi prosesdir və müxtəlif istiqamətlərdə aparılır. "O cümlədən Naxçıvan istiqamətində",-Ovanisyan deyib.

Virtualaz.org erməni tərəfinin bu iddiaları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini alıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur.
"Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq",-açıqlamada deyilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Bakı Konqres Mərkəzində tüstülənmə: FHN hərəkətə keçdi - (Video)
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək





