Siyasət
Ərdoğan-Sarkisyan danışıqları: Qarabağ «soyuducu»da qalası oldu?
13 Aprel 2010 09:37
Baxış: 236
Serj Sarkisyan nə qədər əski çuxasını və aşılanmamış dəridən tikilən başmağını dəyişib dünyanın bərkgedən firmalarından şıq kostyum, ayaqqabı və qalstuk geyinsə də, qos-qoca okeanı yarıb bu dünyada hər şeyin başlanğıc nöqtəsi sayılan Birləşmiş Ştatlara gedib çıxsa da, yenə erməni ampluasındadır. Adam o biri həmmillətləri kimi heç vaxt bu ampluadan çıxmayacaq da. Ötən illərin söhbətidir. ABŞ-ın strateji mərkəzlərindən biri (indi adını dəqiq xatırlamıram) dünyanın separatizmə meylli xalqlarının siyahısını hazırlamışdı. Dəqiq xatırlayıram ki, bu siyahıda kürdlər və ermənilər yuxarı yerlərdə qərar tutmuşdular. Rusiyanın bir nömrəli hüquq müdafiəçisi, post-sovet ölkələrinin demokratları üçün "qoruyucu mələk" statusuna malik olan Sergey Adamoviç Kovalyov buna belə bir şərh vermişdi: "Heç bir zaman şərəfli tarixə, güclü dövlətçiliyə malik olmamış, bəşəriyyət üçün faydalı olacaq heç bir mədəniyyət yaratmamış millətlərin içərisində hər zaman bir yanğı olur. Və təəssüf ki, bu yanğı da çox vaxt separatizmdə, terrorizm meyllərində və başqalarını görməməzlikdən gəlməkdə özünü büruzə verir. Onlar ona görə terror etmirlər ki, hamıdan güclüdürlər, onlar sadəcə qorxutmaq istəyirlər. Öldürərək, qorxudaraq nəyisə əldə etmək. Görürsünüzmü, dünya hara doğra gedir, onlar hara?! İndi bütün dünya bir araya gəlib istəyir ki, planetdə sülh, əmin-amanlıq yaratsın, buranı bütün xalqların, millətlərin, dövlətlərin normal münasibətlər müstəvisində yaşayacağı bir yerə çevirsin. Amma onlar bunu anlamazlar. Sən saydığını say, gör onlar nə sayır?!".
Türkiyə ermənilərə qucaq açmaq üçün əldən-ayaqdan gedir. 100 min qanunsuz erməninin Türkiyə qanunlarını tapdalayaraq elə oradaca çörək qazanıb ailəsinə göndərməsinə, beləliklə də hardasa 1,5 milyon ermənini aclıq və səfalətdən qurtarmağa çalışmasına türk hökuməti göz yumur. Bu azmış kimi, Ərdoğan mesaj da verir ki, qanunsuz miqrantların uşaqlarının təhsil alması üçün erməni dilində məktəb açılmasını dəstəkləyir. Bəs Sarkisyan nə deyir? Biz Ərdoğanla Sarkisyanın ABŞ səfərinin detallarına bir qədər sonra qayıdacağıq. Amma məncə bu səfər müddətində ən önəmli detal elə Sarkisyanın Vudro Vilson universitetindəki sayıqlamalarıdır. Adamda həyasızlığa baxın: "Vudro Vilson erməni xalqının əsl dostudur. Çünki məhz o, erməni xalqının əzab çəkməsinin qarşısının alınması istiqamətində ilk addım atıb. Məhz o, 90 il əvvəl "erməni genosidi"nin tanınması prosesinə başlayıb. Amerika erməniləri "erməni genosidi"nin tanınması prosesində başlıca həlqə olub və bu proses davam edəcək. Heç kəs qaçılmazı dayandıra bilməz...biz öz mövqeyimizdə qalırıq. Heç kəs bizimlə şərtlər dilində danışa bilməz...Hər bir erməni daşı dəlib keçən damcı olmalıdır. Bizim xalqın cəlladları bizə seçim imkanı verməyiblər...". Türkiyənin prezidenti, baş naziri, millət vəkilləri və dili söz tutan vətəndaşlarının əksəriyyəti "bizim ata-babalarımıza kimsə qatil deyə bilməz", "biz babalarımıza qatil deyənlərlə bir masa arxasında oturmarıq", "erməni kimdir ki, bizə cəllad desin, öz adını bizə yapışdırsın" tipli ifadələr işlətməkdə sanki yarışa çıxıblar. İndi türklərin özləri demişkən, "görəlim sizi". Buyurun, ermənilərin başçısı Amerikanın göbəyində oturub sizə cəllad dedi. İndi buyurun, əlinizdən gələni beş qaba çəkin.
Ərdoğan da bu mövzuda danışıb, amma ermənilərə cəllad deməyib. Corc Meyson universitetində danışan Ərdoğan deyib: "Biz keçmişdə yaşanan acıların birtərəfli qaydada, tərəfkeşlik baxımından siyasətə alət edilməsinin əleyhinəyik. Buna heç kimin haqqı yoxdur. Biz tarixin birtərəfli oxunmasına və bir sıra əsassız hökmlərin verilməsinə qarşı çıxırıq. 1915-ci il hadisələrinin soyqırım kimi təqdim edilməsini, bu barədə hökmlərin parlamentlər tərəfindən verilməsini ədalətsiz və birtərəfli addım kimi rədd edirik. Tarixi olayları tarix elmi, tarixçilər, arxivlər, sənədlər aydınlığa çıxarmalıdır. Tarix parlamentlərdə yazılmaz, parlamentlərdə ittiham hədəfinə çevrilməz. ..Parlamentlərin verdiyi qərarlar qətiyyən ermənilərin xeyrinə deyil, ola da bilməz. Əllərini qaldırıb endirərək tarixi döyəcləyənlər bu günün nəsillərinə, sülh, dialoq, uzlaşma axtarışına ciddi zərər verdiklərinin qısa zamanda fərqində olacaqlar".
Keçək ABŞ-da olan və olacaq başqa məsələlərə. Ötən gün Ərdoğan Sarkisyanla, Sarkisyan da Obama ilə görüşdülər. Görüşlərin mahiyyəti bəllidir. Əsas mövzu türk-erməni protokolları, ölkələrarası əlaqələr və regiondakı proseslər. Türk və erməni mənbələrinin verdikləri məlumatlara inansaq, Ərdoğan Sarkisyan görüşündə Türkiyə baş naziri bildirib ki, protokolların ratifikasiyası üçün Ermənistan işğal olunmuş Dağlıq Qarabağı azad etməlidir.
Serj Sarkisyan da deyib ki, Ermənistan heç bir formatda "erməni soyqırımı" məsələsini Türkiyə ilə müzakirə etmək fikrində deyil. "Biz həmçinin yalandan özümüzü göstərə bilmərik ki, guya Türkiyənin Qarabağ münaqişəsinin nizamlanması prosesində müsbət rol oynayacağına inanırıq. İstənilən yeni siyasi təşəbbüs sınaqdan keçməlidir". Nəticə olaraq türk və erməni liderlər iki ölkə arasında normallaşma prosesinin davam etdirilməsinin məqsədəuyğun olduğunu ifadə ediblər. Sarkisyan Obama ilə görüşdənsə, deyilənə görə, məmnun çıxıb. Söhbətin detalları açıqlanmasa da, Serjin ağzının bir yerə yığılmamasından hiss ediblər ki, qarabala ona nəsə xoş vəd verib.
Bu arada, ABŞ-dakı erməni diasporu da dinc oturmayıb. Oradakı erməni təşkilatları Sarkisyana açıq məktubla müraciət edərək 1915-ci il hadisələrinin "erməni soyqırımı" olduğunu qəbul etməsi üçün ABŞ prezidenti Barak Obamaya təzyiq göstərməsini istəyiblər. Amerika Ermənilərinin Milli Komitəsi Sarkisyanı xəbərdar edib ki, qoy Ankara Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesindən sui-istifadə edərək "soyqırımı" iddialarının beynəlxalq aləmdə tanınmasını əngəlləməyə çalışmasın. Sarkisyanın Obama və digər ölkələrin liderlərini 1915-ci il hadisələrini soyqırım kimi tanımağa çağırmasını tələb ediblər. Həmçinin bildiriblər ki, nə olursa olsun, Serj 1915-ci il hadisələrini araşdırmaq üçün tarix komissiyasının qurulması təklifini rədd etməlidir (yəni, birdən zibilin üstü açıldı!!! -m.). Erməni lobbisi, Türkiyənin mövqeyinin artıq iki ölkə arasında başlanan prosesin davam etdirilməsinə imkan vermədiyini bəyan edib.
Türkiyənin aparıcı siyasi şərhçilərindən biri olan Mehmet Barlas demişkən, illər keçir, nə Qarabağ probleminin həllində bir irəliləyiş var, nə də türk-erməni münasibətlərində. Dünyada münaqişələr hələ də köhnə variantla həll olunmaqdadır - yəni, həll olunmamaqda. Barlas Azərbaycana da yaxşı mesaj verib. Deyib ki, Azərbaycan gözləməsin ki, Türkiyə nə vaxtsa, Qarabağ probleminin həlli üçün nəsə edəcək. Əgər keçəl dərman bilsəydi, öz başına sürtərdi. Türkiyə artıq neçə onilliklərdir ki, Kipr problemini həll etmək üçün dəridən-qabıqdan çıxır. Amma hələ də kələfin ucunu tapmayıb. Kələfin ucu isə, nə Ermənistandadır, nə Fransada, nə də ki, Amerikada. Kələfin ucu Rusiyadadır: "Türkiyədən bir şey çıxmaz. Yenə də Azərbaycan Rusiyaya baş vursun. Bəlkə Putinlə Medvedyev cütləşib bir şey fikirləşdilər". Barlasın NTV-nin "Yorum farkı" proqramındakı alternativi Mehmet Konqarın da bu barədə maraqlı fikirləri var: "Dünya münaqişələrin dondurulduğu iri bir soyuducunu xatırladır. Bəzən münaqişələrin hansılarısa soyuducuda qalıb xarab olur. Nə qədər ki, Qarabağ münaqişəsi də soyuducudan zibilxanaya atılmayıb, ona bir əncam çəkmək lazımdır. Məncə Putin Sarkisyanın ayağına ip bağlayıb və onun digər ucunu da öz əlində saxlayır. Nə vaxt lazım gəlsə, o ipi dartır ki, Sarkisyan yolunu azmasın. Qarabağın açarının Rusiyada olması sirr deyil. Baxmayaraq ki, ABŞ-ın da bu işdə bir marağı var. Son zamanlarda isə ABŞ-Rusiya yaxınlaşması müşahidə olunur. Bu iki ölkə nüvə silahları ilə bağlı sazişə imza atdılar. Bununla da nüvə silahı olan və ya əldə etmək istəyən ölkələrə birlikdə olduqlarının mesajını verdilər. Əgər istəsələr, onlar birləşib Qarabağ məsələsini də yoluna qoya bilərlər. Bu məsələdə Ərdoğanın danışmaqdan savayı seçimi yoxdur. Çünki nə Qarabağ məsələsinin açarı onun əlindədir, nə də bu açarı başqalarının əlindən alacaq qədər gücə və səlahiyyətə malikdir".
Bəllidir ki, Ərdoğan ABŞ-a Ermənistanla münasibətlər, soyqırımı, İraq, Əfqanıstan, İranla bağlı məsəlləri müzakirə etmək üçün yollanıb. Barak Obamadan tək ricası nə olursa olsun "erməni soyqırımı"nı tanımamaq olacaq. Ermənistanla əlaqələrə də ki, Qarabağ məsələsinin mane olduğunu deyəcək. Barlasın sözləri ilə desək, "dünya nə qədər yenilənsə də, köhnə problemlər köhnə üsullarla həll olunur. Elə Qarabağ məsələsi də, soyqırım da köhnə məsələdir. Və elə köhnə üsullarla da həll olunacaq (yəni, həll olunmayacaq-m.)".
Ülkər İsmayılqızı
Milli.Az
Uyğun linklər:
Arqumentsiz qalan Ermənistan yeni priyomlar üzərində baş sındırır
Vaşinqtonda "xeyir iş" başa çatdı: Qafqazın "yeni yol xəritəsi" çəkiləcək?

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Məhsulun üzərindəki qiymət başqa, kassada başqa - “Araz” barəsində protokol
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma
-
Bakıda 37 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı