Deputat: Azərbaycan xalqı ümumbəşər mədəniyyətinə daha bir töhfəsini ərmağan etdi
Ötən gün Şəki Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya Mədəni İrs Siyahısına qəbul edildi. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasinda qəbul olunmuş bu tarixi qərar xalqımızın böyük sevincinə səbəb oldu. Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfə beynəlxalq miqyasda bir daha etiraf edildi.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, bu münasibətlə artıq Prezident İlham Əliyev və Azerbaycanın Birinci xanımı Mehriban Əliyeva xalqımızı təbrik edib və sevinclərini bölüşüblər:
"Bu, boyük və irimiqyaslı bir tarixi hadisədir. Əlbəttə, ölkəmizin adına qazanılan bütün uğurlarda Prezident İlham Əliyevin, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın əzmkar fəaliyyətini xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun Prezindenti kimi Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin milli-mənəvi dəyərlərinin qorunaraq dünyaya təqdim olunması heç bir müqayisəyə gəlməyən fəaliyyətdir. Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsində aktiv fəaliyyəti, müxtəlif ölkələrlə mədəni əlaqələri gücləndirməsi sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Məhz bunun nəticəsidir ki, artıq ölkəmiz sivilizasiyalararası dialoq, multikultural dəyərlər və tolerantlığın mərkəzinə çevrilib, dünya üzrə ən mötəbər beynəlxalq platforma statusunu qazanıb".
Millət vəkili qeyd edib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi o deməkdir ki, artıq ölkəmiz dünya irsinin mərkəzinə çevrilib: "Bu sessiya sanki dünya irsinin olimpiadasıdır, burada ayrı-ayrı ölkələr öz maddi və mənəvi sərvətlərini dünyaya təqdim edirlər və bunlardan hansı qəbul olunsa, o ölkə özünü qalib kimi hiss edir. Qalib olan ölkələr tarixə düşür".
İ.Məmmədov arzu edib ki, tezliklə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız, doğma Qarabağımız azad olunsun, nəticədə Şuşanın Cıdır düzü, İsa bulağı, Xarı bülbülü, Kəlbəcərin İstisuyu, Füzulinin Azıx mağarası, Ağdamın, Laçının, Cəbrayılın, Zəngilanın tarixi keçmişi də dünya mədəni irsinə daxil edilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib





