"Əli Kərimli açıq təxribata əl atır"
"Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər".
Milli.Az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Məsələyə münasibət bildirən millət vəkilinin sözlərinə görə, bunda əsas məqsəd qanunu pozmuş və buna görə də cəzalandırılmış şəxslərə bəraət qazandırmaq, cəmiyyətdə hüquq mühafizə və məhkəmə sisteminə inamsızlıq formalaşdırmaqdır: "Əslində həmin şəxslər bilavasitə Əli Kərimlinin özünün təlimatı əsasında hüquq pozuntuları törədiblər, qanunsuz aksiyalar keçirməyə cəhd ediblər, polisin qanuni tələblərini yerinə yetirməkdən imtina edərək müqavimət göstəriblər və digər bu kimi əməllər törədiblər. İndi də Əli Kərimli hakimiyyət orqanlarına qarşı kampaniya təşkil edir, bu cəzaların əsassız olduğunu isbat etməyə çalışır. Onun bu fəaliyyətini yalnız süni şəkildə ictimai narazılıq, müqavimət hərəkatı formalaşdırmaq, cəmiyyətdə mövcud olan sabitliyi pozmaq cəhdi kimi səciyyələndirmək olar. Belə demək mümkündürsə, Əli Kərimli artıq sözdən əmələ keçərək açıq təxribatla məşğuldur".
Həmsöhbətimiz bildirib ki, bu məsələnin maraqlı tərəfi Əli Kərimlinin pozucu fəaliyyətinin diqqətdən kənarda qalması, aidiyyəti orqanların buna heç bir reaksiya verməməsidir: "Hüquq mühafizə orqanları qanunu pozub aksiya keçirən insanı saxlyır və cəzalandırır. Lakin bunun təşkilatçısına qarşı heç bir tədbir görülmür. Artıq Əli Kərimli və onun kimi açıq təxribatları təşkil edənlərə "dur" deməyin vaxtı çatıb və aidiyyəti orqanlar bu təxribatların qarşısını daha təsirli metodlarla almalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
XƏBƏR LENTİ
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turuna start verildi
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz





