Elmar Məmmədyarov Polşa Seyminin marşalı ilə görüşüb - FOTO
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüş keçirib.
Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata əsasən, Seymin marşalı nazir Elmar Məmmədyarovu səmimi salamlayaraq, 2017-ci ilin aprel ayında Azərbaycan xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırladı və bu səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edib. İki ölkə arasındakı əməkdaşlığın parlament ölçüsünün əhəmiyyətindən bəhs edən Seymin marşalı hər iki ölkədə parlament dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayaraq, bu qrupların mütəmadi görüşlərinin keçirilməsinin mövcud əlaqələrin daha da irəli aparılması baxımından vacib olduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov Polşa rəsmisinə səmimi qəbula görə təşəkkür edərək iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Azərbaycan Milli Məclisinin spikerinin səmimi salamlarını Marek Kuxçinskinin diqqətinə çatdırıb. Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənubi Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.
Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Polşanın Aİ üzv ölkələri arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.
Seymin Marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığının genişləndirilməsinin vacib olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı Seymin Marşalını məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğu vurğulanıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin Marşalını Azərbaycana səfərə dəvət etdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)





