Siyasət

Rusiya ensiklopediyasında Xankəndi ilə bağlı məqalə - Ermənilərə növbəti sillə

16 Aprel 2019 14:14
1 Şərh     Baxış: 1 820

Rusiyanın nüfuzlu "Novaya Rossiyskaya Ensiklopediya"sında Xankəndi ilə bağlı çox maraqlı bir material dərc olunub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki,  "Novaya Rossiyskaya Ensiklopediya"sının 15-ci cildində  Xankəndi (Stepanakert"  haqqında məlumat dərc olunub (səh 294):

"Stepanakert (azərbaycanca adı-Xankəndi). Azərbaycanda şəhər. Tanınmamış Dağlıq Qarabağ Respublikasının inzibati mərkəzidir, əhalisinin sayı 53,3 min nəfərdir (2012). Azərbaycan hökumətinin nəzarətində olan şəhərlərlə əlaqəsi kəsilib. Avtomobil yolu Şuşa -Qoris-Yerevan.

Əhalinin köçürülməsi Orta əsrlərdən başlayıb. XIX əsrin əvvəllərində Xankəndi adı ilə Rusiya imperiyasının tərkibində olub. Xankəndi adını 1923-cü ildə Bakı komunnasının rəhbərlərindən biri olan Stepan Şaumyanın adı ilə dəyişiblər. 1923-91-ci illərə qədər Dağlıq Qarabağ Muxtar Vilayətinin Mərkəz i Azərbaycan SSR-nin tərkibində olub. 1987-ci ildə etnik zəmində ermənilərlə azərbaycanlıların toqquşması Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. 1980-ci illərin sonu, 90-cı illərin hərbi toqquşmalarının nəticədində azərbaycanlılar şəhəri tərk edib.

Şəhərdə yüngül (ayaqqabı və başqa) və yeyinti sənayesi (şərabçılıq və başqaları) müəssisələri var. Görməli yerlər: mərkəzi meydanda inzibati binaların ansamblı (1960-70-ci illərdə inşa olunublar), "biz - bizim dağlarımızıq" monumenti (1967), Dövlət Universiteti (əsası 1969-cu ildə qoyulub, indiki statusunun tarixi 1992-ci il), Tarix-ölkəşünaslıq muzeyi, V. Papazyan adına Dramatik teatr (1932-ci il) 11 km Şimaldan Cənuba doğru Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri yerləşir. Bu şəhərdə 18-19-cu əsrlərdə tikilmiş yuxarı Gövhər-ağa məscidi və çox saylı tarixi abidələr yerləşir".
Materialın müəllifi D. V. Zayatsdır.

Qeyd: Bu bir daha ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi faktını təsdiqləyir. Yüzlərlə belə faktlar göstərmək olar. Amma nədənsə müəllif ermənilərin bu ərazilərə daha çox Azərbaycanı işğal etdikdən və Çar Rusiyasının tərkibinə daxil edildikdən sonra bu əraszilərə köçürülməsini qeyd etməyib. Əgrə bu fakt da orada  əksini tapsaydı daha doğru  və yaxşı olardı.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    F · 16 Aprel 15:5810

    Çox ağır zərbə olub)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.