Siyasət

Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası keçirilib - FOTO

19 Fevral 2019 22:53
0 Şərh     Baxış: 607

Parisdə Dünya Veteranlar Federasiyasının 29-cu Baş Assambleyası və Dünya Veteranlarının Konqresi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə dünyanın 121 ölkəsindən 172 veteran iştirak edib.

Üç ildən bir keçirilən Baş Assambleyanın budəfəki yığıncağında təşkilatın prezidenti və vitse-prezidenti, eləcə də qitələr üzrə alt komitələrin sədrləri səsvermə yolu ilə yenidən seçiliblər. Təşkilatın katibliyi tərəfindən hazırlanmış hesabatlar dinlənilib, qarşıdakı illər üzrə fəaliyyət planı təsdiqlənib.

Federasiyanın prezidenti Dan-Viggo Bergtun təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Federasiya yaxın gələcəkdə böyük tədbirlərindən birinin Azərbaycanda keçirilməsini arzulayır.

Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin diplomatları Fərid Soltanov və Vüqar Əliyev iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.