Siyasət
Müsavat və DUİ: 89 + 99 = ?
8 Aprel 2010 12:58
Baxış: 185
Müsavat Partiyası DUİ ilə deputatlığa namizədlərin vahid siyahısını hazırlayacaq
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası Parlament seçkilərində vahid namizədlərin siyahısı ilə iştirak edə bilərlər.
"Müsavat Partiyasında keçirilən iclasda deputatlığa namizədlərin birgə siyahısının müəyyənləşdirilməsi ilə bağlı ilkin müzakirələr aparılıb", - bu barədə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Onun sözlərinə görə, DUİ-nin ilkin siyahısında deputatlığa 89 nəfər namizədin adı var.
"Müsavatın irəli sürmək istədiyi namizədlərin sayı yüzə yaxındır. İclasda hər iki tərəfin siyahısı bir-birinə təqdim olunub və vahid siyahının müəyyənləşdirilməsi ilə bağlı ilkin müzakirələr apraılıb", - partiya sədri əlavə edib.
Onun fikrincə, təxminən, bir həftədən sonra deputatlığa namizədlərlə bağlı məsləhətləşmələr yenidən keçiriləcək: "Vahid siyahı ilə bağlı tərəflər arasında ciddi fikir ayrılığı yoxdur. Ona görə düşünürük ki, hər iki tərəf müzakirələr nəticəsində ümumi qərar qəbul edə biləcək", - Musayev vurğulayıb.
BAP sədri müzakirələr zamanı DUİ ilə Müsavat Partiyasının birgə kütləvi aksiyaların keçirilməsi barədə razılıq əldə olunduğunu da qeyd edib: "Biz həm də Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin qəbul olunması, eləcə də seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı birgə çalışacağıq", - Musayev xatırladıb.
DUİ bir müddət əvvəl Parlament seçkiləri ərəfəsi Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ilə birgə məsləhətləşmələrin aparılmasını təklif edib. Təkliflə razılaşdığından, DUİ-də təmsil olunanlarla Müsavat Partiyası rəhbərləri arasında artıq iki görüş keçirilib. AXCP isə təklifi qəbul etmədiyindən, məsləhətləşmələrdə iştirak etmir.
DUİ bu həftənin əvvəlində müxalifətin birgə kütləvi aksiyalar keçirməsi üçün də təkliflə çıxış edib.
/Trend/

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib