Siyasət

Baş katib: "Azərbaycan Ümumdünya Gömrük Təşkilatının üzv ölkələri üçün nümunədir" - FOTO

14 Yanvar 2019 15:32
Baxış: 675

Azərbaycanın gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının digər üzv ölkələri üçün nümunədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təşkilatın Baş katibi Kunio Mikuriya Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük qurumu, 27 yaşı olmasına baxmayaraq böyük uğurlara imza atıb:

"Azərbaycan vacib tranzit ölkəsidir və biz Azərbaycanın bu sahədə atdığı addımları izləyirik və dəstəkləyirik".

Öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycan regionda ilk olaraq beynəlxalq daşımalar haqqında elektron məlumatların ötürülməsi layihəsinə qoşulub və bu sahədə pilot layihəni başa çatdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.