Siyasət
Mübariz Əhmədoğlu: "Culfa-Aslandüz istiqaməti boyunca İran ərazilərinin Azərbaycan Respublikası vətəndaşlarına icarəyə verilməsi faydalıdır"
7 Sentyabr 2011 15:47
Baxış: 488
Dağlıq Qarabağ münaqişəsinin yaranması, davamı və indi tənzimlənməsinin yubanması İran İslam Respublikası üçün kifayət qədər ciddi təhlükə yaradır. İndiki reallıqda DQ münaqişəsi kontekstində İran üçün olan təhlükəni ən birinci təhlükə hesab etmək fikrindən qat-qat uzağıq, amma Dağlıq Qarabağ təhlükəsi İran üçün sürətlə böyüyür. DQ münaqişəsinə görə İran SSRİ boyda nəhəngin parçalanmasından heç bir dividend əldə edə bilmədi. Münaqişənin ilk fazasında irəli sürdüyü vasitəçilik missiyasını Rusiya elə şəkildə iflasa uğratdı ki, İran bu günədək Rusiyanın ortalığa qoyduğu yoldan geri dönə bilmir: İran yalnız ermənilərə yardım edə bilər. Və İran da bu yardımı edir.
DQ münaqişəsinin mövcudluğu illərində İran bütün mümkün sınaqlardan keçirildi. Sınaqların əldə olunan nəticəsi İranın ziyanınadır. 20 il ərzində qonşuluğunda ərazi bütövlüyü prinsipinin pozulmasına dözməsi, İran rəhbərliyi üçün kifayət qədər ciddi qüsurdur. Bəhreyndə baş verən proseslər ilk qaynağını İranın Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalı faktoruna münasibətindən götürdü. Dağlıq Qarabağ və Bəhreyn ikisi digər məsələlərlə birlikdə İran ətrafındakı indiki geosiyasi arxitekturanın ən aparıcı elementləridir.
Son vaxtlar İran tərəfi Azərbaycan Respublikasını DQ münaqişəsini həll etməməkdə ittiham etməyə başlayıb. Bu, DQ münaqişəsi regionunun qonşuluğunda yerləşən, Azərbaycanın işğal olunmuş və işğal olunmamış ərazilərini qovuşdurmaq imkanına malik olan Ərdəbil vilayətinin imam cüməsi S.H.Amili tərəfindən Ramazan ayının ikinci qədr gecəsinin moizəsində açıq mətnlə bildirildi. DQ münaqişəsinin tənzimlənməməsinin İran üçün təhlükə olduğunu İranda başa düşürlər. Amma İranın manevr imkanları indi məhduddur və zaman keçdikcə daha da məhdudlaşacaqdır. İran indiki şəraitdə DQ münaqişəsinin tənzimlənməsinə heç bir formada, heç bir istiqamətdə birbaşa stimul verə bilməz; İranın əleyhdarları BMT TŞ-də məsələ qaldırmaq üçün bəhanə axtarırlar. Amma dinc və ya dini yolla münaqişənin tənzimlənməsinin gedişinə təsir edə bilər.
Yaranmış vəziyyətdə İranın iştirakını ən yaxşı halda, biz aşağıdakı kimi təsəvvür edirik: İran Culfa-Aslandüz istiqaməti üzrə, İran İslam Respublikasının Azərbaycan Respublikası və Ermənistan Respublikası sərhədləri ilə təmasda olan ərazinin təxminən 200 kvadrat kilometrini Azərbaycan Respublikasının müvafiq vətəndaşına 50 və ya 100 il müddətinə cüzi ödənişlə icarəyə verir. Bəri başdan deyək ki, bu şərhin müəllifinin də o torpaqları icarəyə götürmək arzusu var. Rəsmi Tehran bu arzuya müsbət cavab verərsə, arzunun real imkana çevrilməsi istiqamətində bütün addımları atmağa imkan var. Bu variantın bir neçə üstünlüyü var:
a) Dağlıq Qarabağ münaqişəsi dərhal həll olunur;
b) İranın üzərindən böyük təhlükə götürülür. İranın atdığı orijinal, qeyri-adi addım uzun müddət Qərbi çaşmış vəziyyətdə saxlayacaqdır. İndi İran üçün uzun müddət yox, hətta 2 ay vaxt böyük nemətdir;
c) İran bu əraziləri müvafiq Azərbaycan vətəndaşına icarəyə verməklə, Ermənistanla coğrafi təmasını itirir. Bununla da son vaxtlar İran üçün yalnız təhlükə mənbəyinə çevrilmiş Ermənistandan özünü izolə etmiş olur;
ç) İranın coğrafi cəhətdən Ermənistandan izolə olunmasının mühüm əhəmiyyəti də var.
Səudiyyə Ərəbistanı və Pakistan məhz Azərbaycan torpaqlarının işğalı faktına görə Ermənistanla heç bir siyasi, diplomatik əlaqələr qurmayıblar. Adı çəkilən hər iki dövlətin Ermənistanla coğrafi sərhədi yoxdur. Azərbaycan cəmiyyətində, eləcə də Qərbdə Səudiyyə Ərəbistanının DQ münaqişəsinə xüsusi münasibətini nəzərə alaraq, Azərbaycanla Səudiyyə Ərəbistanının sıx inteqrasiyada olmasını arzulayan müəyyən qüvvələr var və sürətlə olmasa da, belə arzulayanların sayı artır. Səudiyyə Ərəbistanının Ermənistanla coğrafi təmasının olmaması mühüm şərt kimi götürülür. Səudiyyə Ərəbistanı-İran münasibətləri və onların indiki fazası barədə İranda və Azərbaycan Respublikasında heç kimə mühazirə oxumağa ehtiyac yoxdur. Culfa-Aslandüz istiqaməti üzrə torpaqların Azərbaycan vətəndaşına icarəyə verilməsi Səudiyyə Ərəbistanının bu üstünlüyünü neytrallaşdıracaq. Yeri gəlmişkən, icarə məsələsində digər variantlar da gündəliyə gətirilə bilər. Ərazi mübadilələri də müzakirə edilə bilər. Erməni ekspertləri İranın torpaqlarını onsuz da elə öz torpaqları kimi hərraca çıxarıblar.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu