Siyasət

Nalbandyan həmsədrlərlə görüşdən niyə qaçıb?

31 Mart 2010 11:34
Baxış: 182
"Aykakan Jamanak" qəzeti yazır ki, vasitəçilərin Yerevan səfəri zamanı onların Nalbandyanla görüşü əvvəlcə saat 12:00-a nəzərdə tutulsa da, bu, baş verməyib. Daha sonra görüş 16:00-a təyin olunub. Bu dəfə də nazir danışıqlardan yayınıb və tərəflər nəhayət, 19:00-da bir araya gəliblər. "Məlumata görə, Nalbandyanın görüşdən yayınmağa çalışması Ermənistanın Madrid prinsiplərinin yenilənmiş variantı ilə bağlı mövqeyini müəyyənləşdirməkdə çətinliklə üzləşməsi ilə bağlıdır", - deyə qəzet yazır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan da E.Nalbandyanla həmsədrlər arasında görüşün təxirə salındığını təkzib etməyib: "Mənə sizin informasiya mənbəyiniz məlum deyil. Lakin onu deyə bilərəm ki, saat 19:00-da görüş baş tutub". Madrid prinsiplərinin yenilənmiş variantına Yerevanın münasibətinə gəlincə, T.Balayan deyib: "Ermənistan hələ 2007-ci ildə Madrid prinsiplərini danışıqların əsası kimi qəbul edib və indi də bu mövqeyinə sadiqdir".

Xatırladaq ki, Ermənistanın Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etmədiyi, bundan imtina üçün yollar axtardığına dair məlumatlar var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.