Ermənistanda dövlət çevrilişinə cəhd baş verir
"Hazırda Ermənistanda dövlət çevrilişinə cəhd baş verir".
Bu barədə Milli.Az-a Ermənistanda baş verən son hadisələri və törədilən iğtişaşların səbəblərini şərh edən "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistanda dövlət çevrilişinə cəhdin olması açıq-aşkar görünür: "Ölkədə "Yelk" hərəkatının lideri Nikol Paşinyan özü deyib ki, biz məxməri inqilab etmək niyyətindəyik. Hətta bunu açıq formada, nümayişlərdə etiraf edirlər. Bunun əsas əlamətləri odur ki, etirazçılar, nümayişçilər əsas dövlət binalarını blokadaya alırlar. Aparıcı KİV-ləri, o cümlədən Ermənistanın dövlət radiosunu blokadaya alıb, hətta onları ələ keçirməyə çalışıblar".

Politoloq qeyd edib ki, Ermənistandakı hadisələr vaxtilə Ukraynada baş vermiş dövlət çevrilişi ssenarisini xatırladır: "Hadisələrin gedişi göstərir ki, Ermənistanda siyasi mübarizə vasitələri dəyişib. Belə ki, "Yelk" hərəkatı parlament müxalifət bloku sayılırdı, lakin artıq o, parlament mübarizə üsullarından əl çəkərək meydana çıxıb. Bu da bir neçə il əvvəl Ukraynada baş vermiş "Maydan hərəkatı"nı xatırladır. Bundan əlavə, Nikol Paşinyanın özü və rəhbərlik etdiyi siyasi qrup xarici ölkələrdəki erməni diasporu ilə sıx əlaqədədir. Bu da hadisələrin kökünün daha dərində olduğundan və mübarizənin hələ uzun müddət gərgin formada davam edəcəyindən xəbər verir".

Qeyd edək ki, Ermənistandakı "Haykakan Jamanak" qəzetinin baş redaktoru, 42 yaşlı Nikol Paşinyanın lideri olduğu "Yelk" ("Çıxış") blokunun tərkibinə "Nurlu Ermənistan" (lideri Edmon Marukyan), "Vətəndaş Müqaviləsi" (Nikol Paşinyan) və "Respublika" (Aram Sarqsyan") partiyaları daxildir.

Onlar İrəvanda icazəsiz aksiyalara başlayaraq Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın bu dəfə baş nazir olmasına etiraz edirlər. Polislə ciddi qarşıdurmaların qeydə alındığı aksiyalar zamanı 50 nəfərə yaxın şəxs yaralanıb,100-dən çox aktivist saxlanılıb.

Sarqsyan yeni hökumətin tərkibini mayın əvvəllərində müəyyən edərək açıqlamalıdır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
XƏBƏR LENTİ
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik





