Həsən Ruhani: "Azərbaycan və İran arasında imzalanan sənədlər bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir"
Azərbaycan və İran arasında imzalanan sənədlər bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.
H.Ruhani qeyd edib ki, bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib: "İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır.
Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal-Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır".
İran Prezidenti əlavə edib ki, iki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir: "Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
Baş həkim işdən azad olundu
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?





