Siyasət

Məşhur şirkətdən Azərbaycana qarşı təxribat - Separatçılara dəstək davam edir - FOTOFAKT

5 Oktyabr 2017 07:14
2 Şərh     Baxış: 3 448

Ötən ilin sonunda Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkətinin Azərbaycana qarşı çirkin təxribatı barədə məlumat vermişdik.



Belə ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com Azərbaycan şəhəri Xankəndini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl ədalətli şikayətlərin nəticəsində sonra bir neçə ay sonra booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

Lakin təəssüflər olsun ki, booking.com bundan ibrət dərsi götürməyib və Azərbaycana qarşı təxribatlarını yenə də davam etdirir. 

Sayt yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi şəhərində mehmanxana, daha doğrusu tətil evi "holiday home" yerləşdirərək Xankəndi, Şuşa şəhərlərini Ermənistan ərazisi kimi göstərib.

Xatırladaq ki, 42 dildə yayılan www.booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekti təqdim edir və hər gün bu sayt vasitəsilə 750 minə yaxın otaq rezervasiya edilir.

Qeyd edək ki, rəqabət qaydalarını pozduğuna görə, qeyd edilən şəbəkənin Türkiyədə fəaliyyətinə qadağa qoyulub.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.