Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyri-adi evlilik təklifinə görə oğlanı polis bölməsinə aparıblar.
Milli.Az xəbər verir ki, Türkiyənin Adana vilayətində qeyri-adi evlilik təklifi polis bölməsində başa çatıb.
Şakir Karakaya (29) sevgilisi Nazlı Gümüşə (26) silahlı hücum ssenarisi ilə sürpriz evlilik təklifi hazırlayıb. Lakin ətrafdakılar bu hadisəni real sanaraq təcili yardıma və polisə məlumat verib. Nəticədə gənclər ifadə vermək üçün polis bölməsinə aparılıb.
Avtomobil təlim mərkəzində işləyən Karakaya, həm iş yoldaşı, həm də uşaqlıqdan sevdiyi Gümüş üçün unudulmaz bir an yaratmaq istəyib. Əvvəlcədən planlaşdırılmış ssenariyə görə, Topalak bölgəsində sevgilisi ilə görüşən Karakaya, avtomobildən düşdüyü anda motosikletdəki kasklı dostu silahla ona atəş açırmış kimi davranıb və eyni anda torpil partladılıb. Karakaya yerə yıxılaraq üstünə qırmızı qida boyası töküb və vurulmuş kimi davranıb.
Hadisənin şokunu yaşayan Gümüş, sevgilisinin yanına qaçıb, lakin orada "Evlənərsənmi mənimlə?" sualı ilə qarşılaşıb. Qorxu və qarışıqlıq içində olan gənc qadın təklifi qəbul edib.
Hadisəni izləyən insanlar isə səhnəni gerçək zənn edərək polisə və təcili tibbi yardıma zəng edib. Polis hadisə yerinə çatdıqda gənclər nə baş verdiyini izah etməyə çalışsalar da, məsələ ciddi qəbul edildiyi üçün Karakaya, Gümüş və hadisəyə qarışan dostları Yüzüncüyıl Polis Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı istintaq başladılıb. Sosial şəbəkələrdə geniş yayılan görüntülər isə həm tənqid, həm də maraqla qarşılanıb.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
23 illik taxtını itirdi: Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
-
Təzə yarpağın daxlanılmasının 4 üsulu
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Miqren tutması zamanı bu üsul köməyinizə çata bilər
-
19 mərtəbəli binanın tam ortasından qatar keçir
-
Akın Akınözü yeni layihədə
-
Dünyanın ən dəyərli klubları bilindi
-
"Bu, nikah idi, hələ toy olmayıb" - Nəsrin ilk dəfə açıqladı
-
33 yaşında faciəvi şəkildə vəfat etdi
-
Günün qoroskopu: Sümük və oynaq ağrılarına qarşı ehtiyatlı davranmalısınız
-
Xalq artistinin oğlunun toyudur
-
Türkiyə millisindən böyükhesablı qələbə
-
Qanuna tabe olmayan sürücü saxlanılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu
-
"İsrail və “Hizbullah” arasında atəşkəsəldə olunub"
-
Sumqayıtda yaşayış binasında partlayış olub - FOTO
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
"Arka sokaklar"ın aktyoru evləndi - Fotolar
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
-
Kəskin istilər gəlir — Ekoloqdan açıqlama
-
Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib - FOTO
-
Kinematoqrafçılar İttifaqında keçirilən seçkilər tamamilə qeyri-legitimdir - Rafiq Qəmbərov
-
NASA gələcəyin Ay şəhərlərinə doğru addım atır





