Nazir: "Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır" - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin IV üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.Meredov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını deyib. Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olunub.
İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulanıb.
İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olunub.
Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulanıb.
Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi qrupların səfər mübadiləsi razılaşdırılıb və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edilib.
Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edilib.
Azərbaycan və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğunu nəzərə alaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qambiya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
-
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib
-
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO
-
Zakir Həsənov Pakistana başsağlığı verib
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
XƏBƏR LENTİ
-
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
-
Rusiyada erməni məhsulları ilə bağlı qərar verildi
-
Arzusu çin olan azarkeş - FOTO
-
Qambiya Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
-
"Kürdlər bizi pis vəziyyətdə qoydu"
-
"Sabah" 21 yaşlı vingeri icarəyə götürüb
-
"Mahnımı oxuyub, məni adam yerinə qoymadı"
-
5 tona yaxın narkotik vasitə məhv edildi - VİDEO
-
"Zirə" millinin oyunçusunu transfer etdi
-
Sabah 10 kənddə qaz kəsiləcək
-
Qusardakı torpaq sürüşməsinin anbaan görüntüləri - VİDEO
-
UEFA siyasi qadağaya futbolla cavab verdi: Somalili hakimə tarixi təyinat
-
Göygöldə boğulan məktəblilərin meyiti tapıldı - YENİLƏNİB
-
Ermənistanda deputat seçilən Həsənov - Qızı da Türkiyədə rəhbər vəzifədədir - FOTO
-
Millimiz FIFA reytinqində gerilədi
-
Aysun İsmayılova: “Dost dediyin "cibindədir”"
-
DÇ-2026-nı hansı kanallarında izləyə biləcəyik?
-
Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb
-
İki gün güclü külək əsəcək - Xəbərdarlıq edildi
-
Gülay canlı efirdə ağladı - VİDEO
-
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan Musiqisi Gecəsi keçirilib - FOTO
-
İqtisadi Şuranın iclası keçirilib - FOTO
-
Türk serialının çəkilişində maraqlı an: Davanı gerçək bilib ayırmaq istədi - VİDEO
-
Prezident Tural Mailov və Kamran Əzizova yüksək vəzifə verdi





