Prezident İlham Əliyev: "Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq"
"Öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib: "Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır".
İlham Əliyev bildirib ki, məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar: "Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
XƏBƏR LENTİ
-
Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)
-
Arzumdan yeni xəbər var
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
Bakıda bəzi ərazilər işıqsız qalacaq
-
Andrey Qnatov da işdən çıxarıldı
-
Elnarə Abdullayevaya ağır itki
-
"Fənərbağça" qalib gəldi – Çempionlar Liqasında gecənin nəticələri
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
Alimlərdən maraqlı kəşf - Mavi gözlü insanların SİRRİ
-
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
-
Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"
-
Günvurmadan necə qorunmaq olar?
-
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)





