Siyasət

Bu il 9-a yaxın yeni səfirliyimiz açılacaq

16 Mart 2010 13:53
Baxış: 236
Bunu xarici işlər nazirinin müavini Vaqif Sadıxov deyib. Onun sözlərinə görə, bu il xarici ölkələrdə Azərbaycanın 9-a yaxın yeni səfirliyi açılacaq. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var və proses Milli Məclisin qərarına uyğun həyata keçirilir.

Bu il Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan və Estoniyada səfirliklərimiz, Batumidə isə baş konsulluğumuz fəaliyyətə başlayacaq. Hazırda Azərbaycanın xarici ölkələrdə 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Nazir müavini onu da deyib ki, 2010-cu ildə diplomatların rotasiyası da həyata keçiriləcək.

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.