Xüsusi təyinatlımız: "Erməni ordusu buna tab gətirməyəcək" - FOTO
"Ermənilər bizdən çox zəifdirlər. Onlar bizdən, ordumuzdan çox qorxurlar. Xüsusi təyinatlılarımızın hətta adı gələndə isə qorxudan əsirlər. Bizim, həqiqətən, güclü ordumuz var. Düşməni tam darmadağın etməyə, torpaqları azad etməyə hərtərəfli gücümüz, qüvvəmiz var. Onlardan üstünlüyümüz silahımızda, təchizatımızda, peşəkar kadrlarımızın olmasında və ən əsası ruhumuzdadır. Məhz buna görədir ki, biz uğurlu əməliyyatlar keçirə bilirik".
Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Ülfət Həsənov deyib.
Qazi gizirin sözlərinə görə, 2 il əvvəl döyüşdə yaralanıb və müalicəsi indi də davam edir: "Mən 2015-ci ildə martın 19-da cəbhənin Goranboy rayonu istiqamətində Barambat meşəsində baş verən döyüşdə ermənilərin qarşısını alarkən yaralandım. Mənə iki güllə dəydi. Biri qolumdan, digəri çanağımdan. Ondan sonra hərəkət qabliyyətimi itirdiyimə görə döyüşə bilmədim. Uzun müddət müalicə aldım. Güllələr bədənimdən çıxarılıb, amma müalicəm yenə də davam edir. Hazırda təqaüddəyəm. Buna baxmayaraq, indi də döyüşməyə hazıram!"
Ü.Həsənov qeyd edib ki, ermənilər Azərbaycan hərbçilərinə qarşı birbaşa döyüşdən qaçırlar: "Bizim hərbçilərimiz yalnız erməni hərbçilərinə qarşı əməliyyat keçirir. Onlar isə çox zaman bizim ordumuza qarşı bunu etməyə qorxurlar. Bizimkilərin postlarda daim ayıq-sayıq olması onları çəkindirir. Ermənilərin gücü bizə çatmadığına görə mülki əhaliyə əziyyət verirlər, adi insanları atəşə tuturlar".
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü hesab edir ki, əgər Azərbaycan ordusu mövcud şəxsi heyəti, silah və texnikası ilə bütün cəbhə boyu hücuma keçsə, erməni ordusu buna tab gətirməyəcək: "Bizim döyüş yoldaşlarımız ötən ilin aprel döyüşlərində bir şeyin də şahidi olublar ki, hələ hərbçilər bir yana dursun, uşaqdan böyüyə mülki şəxslərin hamısı döyüşə can atırdı. Cəbhə zonasında onların qarşısını polis alırdı ki, onlar irəli getməsinlər. Amma ermənilərdə polislər əsgərlərin qarşısını alırdı ki, səngərləri, postları qoyub qaçmasınlar".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi





