Azərbaycanlılara qarşı yenidən soyqırım törədilə bilərmi?
"Zaman-zaman azərbaycanlılara qarşı törədilən soyqırımlarından nəticə çıxarmaq üçün ilk növbədə baş verən hadisələrin ictimai-siyasi, tarixi şəraitini bilməliyik. Bu proseslər əsasən qüvvələr nisbətinin qeyri-bərabər olduğu zamanda baş verib".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli deyib.

Millət vəkilinin sözlərinə görə, azərbaycanlılar tarix boyu nə qədər faciələrə məruz qalsalar da, özünü və dövlətçiliyini müdafiə edə və bunun üçün güc toplaya biliblər: "Məsələn, 1918-ci il martın 31-də bir tərəfdə Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qrupunun silahlı dəstələri, digər tərəfdə əliyalın Azərbaycan, türk xalqı. Nəticə ondan ibarətdir ki, buna baxmayaraq o hadisələrdən sonra Azərbaycan demək olar ki, yerlə-yeksan olmuşdu, Quba, Şamaxı xarabalığa çevrilmişdi, Bakıda bir gecədə 12 min insan qırılmışdı, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan və Azərbaycanın digər bölgələrində minlərlə insan xüsusi qəddarlıqla qətlə yetirilmişdi, bundan cəmi ay yarım sonra Azərbaycan öz müstəqilliyini elan etdi. Bundan da böyük nəticə necə ola bilər? Bu milləti faciələrə düçar etsən də, nəticədə öz dövlətçiliyini qoruyub saxlamaq, özünü müdafiə etmək imkanına malikdir.
İkinci analoji hal 1990-cı ilin yanvar hadisələri ilə bağlıdır. Bundan təxminən il yarım sonra Azərbaycan müstəqilliyini elan edir".

Professor hesab edir ki, başımıza gələnlərdən nəticə çıxarmaq üçün hadisələri ciddi təhlil etməyi bacarmalıyıq: "Bolşevik Rusiyası dövründə, 1918-ci ildə bu hadisələri törədənlər Şaumyanın başçılıq etdiyi və bolşeviklərin Moskvadan idarə olunan hərbi qüvvələri idi. Çar Rusiyası dövründə, 1905-1907-ci illərdə də bundan heç də az olmayan hadisələr baş verib. Demokratik Rusiya dövründə də Xocalı soyqırımı baş verdi. Deməli, biz bu hadisələrdən nəticə çıxaran zaman ilk növbədə qüvvələr nisbətinin qeyri-bərabərliyini, imperiya ambisiyasını nəzərə almalıyıq. Deyirlər, "Arxalı köpək qurd basar". Bu, dünya siyasətinin tərkib hissələrindən biri kimi Azərbaycanda cərəyan edən hadisələrdir.

Bu günlə müqayisə etdikdə 1992-ci ildəki Azərbaycan yenicə müstəqillik əldə etmiş, kövrək, ordusu olmayan, siyasi hərc-mərclik içində yaşayan respublika idi. Mənə elə gəlir ki, Xocalı ermənilər və onların arxasında duran böyük qüvvələrin törətdiyi soyqırım siyasətinin sonuncu dayanacağı oldu. Bu gün azərbaycanlılara qarşı elə bir soyqırım törətmək olarmı? Bu gün Azərbaycanın ordusu var, gücü var, dünya həmin cür deyil. 1918-ci ildə mart soyqırımı törədiləndə dünyanın başı qarışmışdı müharibəyə. Böyük güclər dünyanı bölüşdürürdülər. Bu gün də dünyanı bölürlər, amma indi Azərbaycan da öz sözünü demək iqtidarındadır. Ona görə də bu hadisələrin törədilməsində xalqı, milləti, dövləti qınamaq olmaz. Sadəcə ictimai-siyasi prosesləri, baş verən hadisələri o dövrdəki qüvvələr nisbətini nəzərə alaraq obyektiv, ədalətli qərar çıxarmaq olar".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)





