İdman

Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı

7 İyun 2026 01:06
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda futbol klubu satışa çıxarılıb. Söhbət I Liqada mübarizə aparan "Cəbrayıl"dan gedir.

Milli.Az xəbər verir ki, Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.

I Liqada ilk iki mövsümü geridə qoyan "Cəbrayıl"ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir.

Başa çatan sezonu 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var - Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.

Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Zəngəzur"un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə "Araz-Naxçıvan"ın sükanı arxasına keçib.

"Cəbrayıl" hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya "Avrora"nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.

Hər ay kollektivə 1500-2000 manat civarında vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib. (sportinfo.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.