Siyasət

Erməni təbliğatının qarşısını almaq üçün yeni internet səhifəsi hazırlanır

28 Aprel 2011 17:31
Baxış: 210
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "www.qerbiazerbaycan.com" internet səhifəsinin hazırlanmasına başlayıb. Bu barədə Trend-ə ATSAM-ın mətbuat xidmətindən məlumat verilib.

Üç ay müddətində icra ediləcək layihənin əsas məqsədi azərbaycanlılara qarşı ermənilərin təhrif olunmuş təbliğatlarının qarşısını almaq, İrəvan xanlığının tarixini işıqlandırmaq, ötən əsrdə müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlılar haqqında məlumat vermək, bölgənin tarixən Azərbaycan torpaqları olduğunu tarixi sənədlərlə, xarici səyyahların bölgə haqqında verdikləri məlumatlarla təsdiq etmək, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində işlər görməkdir.

İnternet səhifəsində hazırda Ermənistan Respublikası adlanan ərazinin həqiqi sakinlərinin Azərbaycan türkləri olduğu tarixi, coğrafi, elmi-mədəni, ədəbi-ictimai, etnoqrafik baxımdan əsaslandırılacaq. Bu məqsədlə hazırlanacaq internet səhifəsinə tarixi dəyəri olan foto və arxiv materialları, xəritələr, elmi nəşrlər və məqalələr yerləşdiriləcək.

Sayt Azərbaycan, erməni, rus, ingilis dillərində olacaq. Bu layihənin icrasi ilə eyni zamanda Azərbaycan dövlətinin xarici siyasət kursu qeyri-hökumət təşkilatı səviyyəsində dəstəklənəcək. Layihə çərçivəsində hazırlanacaq internet səhifəsi Ermənistanın Azərbaycana qarşı təbliğatına cavab olacaq, bu yolla Ermənistanın Azərbaycana qarşı təbliğatında əks arqumentlər ortaya çıxarılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.