Siyasət
Azərbaycanın BMT-dəki səfiri Fariz Bədəlovun öldürülməsi ilə bağlı BMT baş katibinə daha bir məktub ünvanlayıb
28 Aprel 2011 12:58
Baxış: 272
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev 9 yaşlı Azərbaycan vətəndaşı Fariz Bədəlovun erməni əsgərləri tərəfindən öldürülməsinin təhqiqatı ilə bağlı BMT baş katibinə daha bir məktub ünvanlayıb. Bu barədə APA-ya BMT Mətbuat Mərkəzindən məlumat verilib.
"Əvvəlki məktublarımda bildirdiyim kimi, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlov erməni snayperi tərəfindən öldürülüb. Cinayətin təhqiqatı göstərir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlı uşağın qərəzli şəkildə öldürülməsi üçün məsuliyyət daşıyır", - səfir məktubunda yazıb.
A. Mehdiyev Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayətin təhqiqatı barədə məlumatını da BMT baş katibinin diqqətinə çatdırıb: "2011-ci il martın 8-də yerli vaxtla saat 16.00-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndindəki mövqelərindən atəş açıblar. Nəticədə öz evinin həyətində oynayan 2002-ci il təvəllüdlü Fariz Bədəlov başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ertəsi gün Ağdam rayon Prokurorluğu Azərbaycan Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açıb. Təhqiqat zamanı müəyyən edilib ki, Bədəlovun yaşadığı ev Orta Qərvənd kəndinin cənub-qərbində, Ermənistan qoşunları ilə təmas xəttinin keçdiyi cəbhə bölgəsinə yaxın ərazidə yerləşir. Evlə Ermənistan Silahlı Qüvvələrinin mövqeyi arasında təxminən 1000-1200 metr məsafə var. Evin arxasında geniş boş sahə mövcuddur və bura Ermənistan ordusunun mövqelərindən aydın görünür. Burada görüntünü məhdudlaşdıra bilən hər hansı təbii və ya süni maneə yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən hərbi hissəsinin qeyd jurnalından da aydın olur ki, 2011-ci il martın 8-də ermənilər üzbəüz mövqelərindən atəş açaraq saat 15.30-da atəşkəsi üç dəfə pozublar, 16.20-də isə onlar snayper tüfəngindən bir dəfə atəş açıblar. Şahid ifadələri də bunu təsdiq edir".
Məktubda daha sonra bildirilir ki, prokurorluğun apardığı tibbi ekpertiza nəticəsində güllənin Bədəlovun başının sağ tərəfində kəllə sümüyünü parçalayaraq, beyin toxumasını dağıtdığı müəyyənləşib: "Bədəlovun ölümünə səbəb də kəllə sümüyünün güllə ilə parçalanması və beyin toxumasının dağılması olub. Güllənin daxil olduğu və çıxdığı yerlərin ekspertizasi təsdiq edir ki, atəş uzaq məsafədən açılıb. Tibbi və ballistik ekspertizanın hesabatlarında göstərilir ki, güllə yivli odlu silahdan atılıb. Bədəlov tərkibində mis olan 7.62 mm gilizlə vurulub. Ekspertiza müəyyən edib ki, Bədəlovun ölümünə səbəb olan güllə bu tipli snayper silahından açılıb".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Kobaxidzedən Ermənistanın yeni konstitusiya layihəsinə münasibət
-
Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək (Video)
-
Safurə dəbdəbəli evindən görüntülər paylaşdı – (Foto)
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)