Siyasət
Əli Əhmədov: “Radikal müxalifətçilik öz mövqeyini kəskin surətdə dəyişməyə məhkumdur”
23 Aprel 2011 14:12
Baxış: 196
"Radikal müxalifət partiyalarının sıralarında olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələri Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır".
Trend-in məlumatına görə, bunu jurnaistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib. "Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları kimlərinsə hansı maraqlar naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini pisləyirlər. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəklər", - o əlavə edib.
Əli Əhmədov qeyd edib ki, müxalifətin radikal qanadındakı partiyaların kütləvi aksiyalar keçirmək cəhdləri biabırçılıqla iflasa uğrayıb: "Bir neçə gənci aldadaraq küçələrə tökməklə əlbəttə ki, kütləvi aksiya keçirmək mümkün deyil və bunun adını da mitinq qoymaq olmaz. Digər tərəfdən ola bilsin ki, həmin radikal müxalifət partiyaları ölkədə sabitliyi pozmağa səy göstərirlər. Bir neçə nəfərin hesabına ölkədə sabitliyi pozmaq da mümkün deyil. Onların bu hərəkətləri xalqın onlara qarşı ikrah hissini daha da gücləndirir. Ona görə də onların sıraları seyrəlir və üzvlər partiyalardan kənarlaşır".
YAP-ın icra katibi hesab edir ki, radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək: "Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaqlar, aldadılıb cəlb olunan gənclər də səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikallığa, aqressivliyə yer yoxdur".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
XƏBƏR LENTİ
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)