Siyasət

İctimai Palatanın aksiya təyin etdiyi ərazidə aksiya iştirakçıları müşahidə olunmayıb

17 Aprel 2011 18:42
Baxış: 190
Bu barədə hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

Saxlanılanlardan 9-u qadındır. Qadınlarla söhbət apardığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, onlar polis idarəsində hər hansı təzyiqlə üzləşmədiklərini deyiblər.

E. Behbudov digər rayonların Polis İdarələrinə də baş çəkəcəyini bildirib.

APA-nın hazırda "Fəvvarələr" meydanında, Nizami heykəlinin yanında olan əməkdaşının verdiyi məlumata görə, burda 4 nəfər saxlanılıb. Hazırda həmin ərazidə heç bir qrup görünmür.

Bu əraziyə əynində jurnalist gödəkcəsi olmadan yaxınlaşmış Natiq Cavadlı və Şahvələd Çobanoğlu polislə qısa mübahisədən sonra ərazidən uzaqlaşıblar.

Rəşid Behbudov küçəsində olan müxbirimiz də həmin istiqamətdə qrup şəklində aksiya iştirakçılarının görünmədiyini, hər hansı şüarlar səsləndirən şəxslərin olmadığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.