Siyasət
Azərbaycanın gənclər və idman naziri Ukrayna televiziyasına müsahibə verib
14 Aprel 2011 11:08
Baxış: 297
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Ukraynanın 1-ci kanalına müsahibə verib. Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, kanalın Azərbaycanla bağlı hazırladığı verilişin əsas istiqamətlərindən biri, bu gün ölkədə aparılan gənclər siyasəti və Azərbaycanın sabahı olan gənclərlə bağlı planlar, onların problemlərinin həlli istiqamətində görülən işlərin işıqlandırılmasıdır.
Nazir, Azərbaycanın əhalisinin 66%-ni gənclərin təşkil etdiyini, 200-dən artıq gənclər təşkilatlarının ölkədə aktiv fəaliyyət göstərdiyini, nazirliyin təşkilatlar tərəfindən həyata keçirilən bir çox layihələri maliyyələşdirdiyini, gənclərin problemləri ilə daha yaxından tanış olmaq üçün "Etibar telefonu" nun daim aktiv olduğunu diqqətə çatdırıb: "2005-2009-cu illəri əhatə etmiş Azərbaycan gəncliyi Dövlət proqramını böyük uğurla bitirdik. Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-2015-ci illəri əhatə edən yeni proqramın hazırlanması ilə bağlı sərəncam imzaladı ki, bu da gəncliyin daha müasir və maraqlı tələblərini özündə əks etdirən bir proqram olacaq".
Eyni zamanda, Azad Rəhimov bu gün gənclərin işsizlik, təhsil problemlərindən də söz açıb. "Hər bir gənc yaxşı iş axtardığı kimi, hər bir qurum da yaxşı işçi tələb edir. Burada iki əsas problem var. Düzgün axtarışın və yüksək intellektin olmaması. Əminəm ki, bacarıqlı, kompyuter, dil biliklərinə malik, yüksək intellekti olan gənclər daim iş tapa bilərlər", nazir deyib.
Nazir, bir zamanlar ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərini təhsil almaları üçün Rusiya, Ukraynanın bir sıra nüfuzlu universitetlərinə göndərdiyini, bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib, bu gün dövlət hesabına dünyanın bir sıra nüfuzlu universitetlərində təhsil alan tələbələrin olduğundan söz açıb: "Biz İngiltərə, Fransa, Almaniyada təhsil alan bir sıra tələbələrlə görüşlər keçirmişik. Növbəti görüşlərimiz Vyana və Moskva şəhərlərində, Türkiyə Respublikasında olacaq. Hər bir görüş zamanı biz tələbələrin problemləri ilə maraqlanır, onların istəkləri ilə yaxından tanış oluruq".
Azad Rəhimov eyni zamanda ölkədə fəaliyyət göstərən və tikilməkdə olan Olimpiya İdman Kompleksləri, Gənclər evləri haqda da məlumat verib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad