Siyasət
Prezident İlham Əliyev XIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarını təbrik edib
12 Aprel 2011 16:47
Baxış: 241
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əliyev XIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Təbrikdə deyilir:
"Hörmətli toplantı iştirakçıları!
Sizi salamlayır və On dördüncü Avrasiya İqtisadi Zirvə Toplantısının işə başlaması münasibətilə təbrik edirəm.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı və Türkiyə dövlətinin dəstəyi ilə hər il keçirilən bu ənənəvi toplantılara dünyada maraq durmadan artmaqdadır. Beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə əlavə imkanlar yaradan belə toplantılara Azərbaycan həmişə xüsusi əhəmiyyət verir.
Dünyada yaşayan bütün xalqların mənafeləri və təhlükəsizliyinin etibarlı təminatı dövlətlər arasında iqtisadi, humanitar və mədəni əməkdaşlığın qurulmasını, aqressiv separatizmə, terrora, yoxsulluğa, ekoloji problemlərə və bəşəriyyəti təhdid edən digər qlobal təhlükələrə qarşı birgə mübarizənin aparılmasını qaçılmaz edir. Azərbaycan Respublikası əksər bəşəri çağırışlara cavab olaraq, dünya və region dövlətləri ilə bütün sahələrdə sıx əməkdaşlığa, inteqrasiya proseslərinin dərinləşməsinə üstünlük verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, transmilli kommunikasiya imkanları qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün münbit şərait yaradır. Biz daim ölkəmizin potensialından digər xalqların da faydalanmasına çalışmış, Azərbaycanın müxtəlif güc mərkəzlərinin rəqabət meydanı deyil, əməkdaşlıq məkanı olduğunu bəyan etmişik. Azərbaycan öz qonşuları və dünyanın digər ölkələri ilə qarşılıqlı maraqlara söykənən münasibətləri inkişaf etdirməklə regional təhlükəsizliyə və sosial-iqtisadi tərəqqiyə mühüm töhfələr verir.
İnanıram ki, bugünkü Forumda tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə keçirilən müzakirələr hər birimizi narahat edən bəşəri problemlərin həlli, dövlətlər və xalqlar arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün yeni imkan və vasitələrin tapılmasına xidmət edəcəkdir.
Sammit iştirakçılarını bir daha təbrik edir, toplantının işinə uğurlar arzulayıram".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - (Video)
-
“Sən demə, sabah bazar günüdür” - TRIPP-in icrasının başlanma vaxtını açıqladı
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda bu ərazilərə avtomobillə giriş ödənişli olacaq - (Video)
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
-
Məsumə Məlikovanın 97 yaşı tamam oldu
-
Binanın blokunda toy edib, süfrə açdılar - (Video)
-
Xalq artisti görünüşü ilə müzakirə yaratdı - (Video)
-
Sabah Bakıda yağış yağacaq
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Tanınmış meyxanaçıların rəqsi gündəm oldu – (Video)
-
"İsrail Suriyaya hücum edə bilər"
-
Prezident İlham Əliyev Livan Prezidentini təbrik edib
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu olacaq: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü