Siyasət

Şimali Kiprin Bakı təmsilçiliyi: “Bəzi kiprli QHT nümayəndələrinin Xankəndiyə getməsi bizi üzüb”

6 Aprel 2011 12:38
Baxış: 266
Təmsilçilikdən APA-ya verilən açıqlamada deyilir: "Ötən günlərdə Kıbrısın bir neçə qeyri-hökumət təşkilatının nümayəndələrinin bir konfransa qatılmaq üçün Xankəndinə getdiklərini mətbuatdan üzüntü ilə öyrəndik. Keçə ay Bakıda Qərb QHT-ləri tərəfindən təşkil olunan və Qərb dövlətləri tərəfindən maliyyələşdirilən toplantının davamı olaraq növbəti toplantı Ermənistanda keçirilib. Belə anlaşılır ki, iştirakçılar "Sülhə töhfə vermək" adı altında Ermənistandan Xankəndinə aparılıb. Biz bunu təqdir edə və xoş qarşılaya bilmərik. Heç bir rəsmi vəzifəsi olmayan bəzi kiprli QHT nümayəndələrinin də bu ssenaridə yer alması bizi üzüb. Şimali Kipr Türk Cümhuriyyəti dövlətinin və hökumətinin rəsmi siyasəti və xalqımızın mövqeyi Azərbaycan dövləti və xalqına tam dəstək yönündədir. Unudulmamalıdır ki, parlamentimiz 1990-cı il yanvarın 23-də qəbul etdiyi qərarla 20 Yanvar qətliamını dünyada ilk dəfə pisləyən və qardaş Azərbaycan xalqına dəstək bəyanatını dünyaya çatdıran ilk ölkələrdəndir. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsində də Kipr hökuməti və xalqının dəstəyi daim azərbaycanlı qardaşlarımızın yanında olub. Bundan sonra da belə olacaq. Bunun əksini düşünmək mümkün deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.