Siyasət
Siyavuş Novruzov: “Xarici himayədarların aprelin 2-də müxalifətə necə göstəriş verdiyinin şahidi olmuşam”
5 Aprel 2011 10:45
Baxış: 199
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzovun "Media forum"a müsahibəsi.
- İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqi necə qiymətləndirirsiz? Bundan sonra nə baş verəcək?
- 2 aprel hadisələri bir daha müxalifətin heç bir sosial bazasının olmadığını, müxalifətin Azərbaycanda xaos və qarşıdurma yaratmaq, nəyin bahasına olursa olsun, ölkəyə ziyan vurmaq cəhdinin baş tutmayacağını sübut etdi. 2 aprel mitinqi onu da göstərdi ki, müxalifət pul aldığı beynəlxalq təşkilatların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcək.
Müxalifətin sosial bazası yoxdur. Mən mitinqi əvvəldən sonadək müşahidə etmişəm və müxalifətin hansı vəziyyətdə olduğunu görmüşəm. Başqa mənbələrdən də müxalifətin mitinqi ilə bağlı məlumatlar almışam, videogörüntülərə baxmışam. Mitinq təşkil edənlər deyirlər ki, aksiyada 5 min adam iştirak edib. Müxalifətin bu rəqəmi 20 dəfə artırdığı aydın məsələdir. Çünki mitinqdə 5 min adam iştirak etsəydi, müxalifətçilər 50-100 min deyərdi.
Hətta, müxalifətin dediyinə inansaq və güman etsək ki, mitinqdə 5 min insan iştirak edib, onda təsəvvür edin Azərbaycanda müxalifət hansı vəziyyətdədir. Öz qəzetlərində də yazırlar ki, filan rayon təşkilatının sədri, üzvü tutulub. Deməli, bütün ölkə üzrə mitinq keçiriblər və cəmi 5 min adam toplaya biliblər. Bir qurum yaradıblar və orada 7-8 partiya, qeyri-hökumət təşkilatları, deputatlığa keçmiş namizədlər təmsil olunur. Onlar seçilə bilmədiklərinə görə özlərinə palata yaradıblar. Bir neçə aydır ki, saytlarda, sosial şəbəkələrdə, qəzetlərdə, televiziyalarda, radiolarda təbliğat aparırlar və xarici kəşfiyyatın köməkliyi ilə cəmi 5 min adam toplaya biliblər. Əgər bacardıqları budursa, məsələyə ciddi yanaşmağa dəyməz. Çünki Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının 5 mindən artıq üzvü var.
Mənim müşahidələrimə görə, mitinqdə 300-dən artıq insan iştirak etməyib. Mən bunun şahidi olmuşam, başqa deyilənlərin hamısı şoudur. Müxalifəti himayə edən, ona pul ayıran, aprelin 2-də mitinq keçirməyi tapşıran insanları da müşahidə etdim. Onlar da mitinqin müşahidəsini aparırdılar. Həmin qüvvələr az qala başlarını stola döyürdülər ki, biz nə edib bu insanlara maliyyə və təşkilatı dəstək vermişik. Mən onların sifətində məyusluq gördüm. Müxalifətə dəstək verməklə çox pis vəziyyətə düşdükləri üzlərindən oxunurdu.
- Həmin insanlar hansı ölkələri və hansı təşkilatları təmsil edirdi?
- Mən onların hansı ölkələri təmsil etdiyini deyə bilmərəm, amma onlar beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərində və səfirliklərdə çalışırlar.
Mən prosesləri birbaşa müşahidə etmişəm və dediklərim hadisə yerində apardığım müşahidələrə əsaslanır. Həmin beynəlxalq təşkilat nümayəndələrinin uzaqdan görüntü götürən kameralarını, durbinlərini və digər cihazlarını gözlərimlə görmüşəm. Hətta, onların bəzilərinin əllərində xəritə vardı. Həmin xəritələr hansı müxalifətçilərin "Fəvvarələr" meydanına hansı istiqamətdən gələcəyini göstərirdi. Həmin yerdə dayanıb müxalifətçiləri gözləyirdilər, müxalifətçilərin sayı az olanda isə özləri qışqırmağa başlayırdılar. Əvvəlcə ingilis dilində danışırdılar, sonra başa düşdülər ki, biz də ingilis dilini bilirik, o zaman almanca danışmağa keçdilər. Mən proseslərin iştirakçısı olmuşam və xarici himayədarların aprelin 2-də müxalifətə necə göstəriş verdiyinin şahidi olmuşam.
- İctimai Palatada bir neçə qeydiyyatdan keçmiş partiya, QHT var. Hakim partiya ilə İctimai Palata arasında dialoq mümkündürmü?
- Orada partiya yoxdur, hamısı dərnəkdir. İctimai Palatada normal bir insan var ki, onunla dialoq aparaq? Onlar hamısı uduzmuş insanlardır. Uduzmuş insanlarla dialoq aparılmır. Milli Məclisdə təmsil olunan partiyalar arasında taleyüklü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütəmadi dialoq aparılır, tədbirlər keçirilir. Cəmiyyətdən kənarda qalan qüvvələrlə hansı dialoqdan söhbət gedə bilər?
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib