Siyasət

Yunan deputatın qanunsuz hərəkətinə Bakıdakı səfirlikdən açıqlama

13 Aprel 2016 11:35
1 Şərh     Baxış: 932

Yunanıstan Respublikasının səfirliyi dünyanın istənilən yerində Parlament üzvlərinin instutisional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirmək istərdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyindən Yunanıstan Parlamentinin üzvü Qarifalia Kanellinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı verilən məlumatda deyilir.

Qeyd olunur ki, Yunanıstan Parlamentinin bir üzvünün Dağlıq Qarabağa edilən səfəri heç bir halda Yunanıstan hökümətinin münaqişənin Beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir.

Məlumatda deyilir ki, Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatmış, hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.