Siyasət

Britaniya Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

26 Fevral 2010 11:57
Baxış: 179
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, tədbirdə Britaniya Parlamentinin, diplomatik korpusun üzvləri, jurnalistlər, Britaniya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan türk və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

İlk öncə faciə nəticəsində qətlə yetirilmiş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Britaniya Parlamentinin üzvü Baronessa O'Kateyn çıxışı zamanı Xocalı qətliamı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və faciənin unudulmamasının əhəmiyyətini qeyd edib.
 
Səfir Fəxrəddin Qurbanov baş vermiş faciə haqda məlumat verib və bu hadisəni sadəcə Azərbaycanlılara qarşı deyil, bötüvlükdə insanlığa qarşı törədilmiş qanlı cinayət kimi səciyyələndirib. O qeyd edib ki, erməni hərbi qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu misligörünməmiş qətliama beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilməli və qətliamın təşkilatçıları törətdikləri cinayətə görə cavab verməlidirlər. Səfir faciə haqqında beynəlxalq aləmin məlumatlarının artırılması məqsədilə İKT-nin Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası haqqında da danışıb.

Daha sonra çıxış edən tanınmış tədqiqatçı-jurnalist, "Azərbaycan Gündəliyi" kitabının müəllifi və Xocalı faciəsindən sonra bölgəyə gedərək baş verənlərlə yerində tanış olmuş Tomas Qolts çıxış edib və faciə ilə bağlı təəssüratlarını iştirakçılarla bölüşüb. T.Qolts həmin gün baş verənlərin dinc əhaliyə qarşı törədilmiş ən qanlı faciələrdən olduğunu və bu günə qədər olaya tarixi qiymət verilməməsinin təəssüf doğurduğunu vurğulayıb. O, faciənin miqyasından təfsilatlı şəkildə bəhs edib, onu bütövlükdə bəşəriyyətə və bəşəri dəyərlərə qarşı törədilmiş cinayət kimi dəyərləndirib.

Çıxışların ardınca iştitakçıların mövzuya dair sualları cavablandırılıb.

Tədbirin gedişində "Xocalıya Ədalət" beynəlxalq kampaniyası haqqında iştirakçılar məlumatlandırılıb və müvafiq məlumat kitabçaları, broşuralar paylanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.