Azərbaycandan Əfqanıstana təklif
Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev cari ilin 3-4 sentyabr tarixlərində Kabulda 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında, 5 sentyabr tarixində isə Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın qardaş ölkə olan Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində, Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib. AİDA Agentliyinin rəhbəri ölkənin inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş "ASAN xidmət"in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.
Ə.Şıxəliyev ölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, Əfqanıstanda insan kapitalının inkişafı məqsədilə ölkəmiz tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barəsində də məlumat verib.
Qeyd olunmalıdır ki, tədbirlərin keçirilməsi Əfqanıstanla qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksək səviyyəli rəsmiləri və BMT Baş Katibinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatlar yüksək səviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
-
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olundu
-
Şagird, tələbə və könüllülərə icbari sığorta haqqı ödəniləcək
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
XƏBƏR LENTİ
-
Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
-
Pakistanda terror oldu: Çox sayda ölən və yaralanan var
-
Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
-
Elxan Səmədov yenidən PFL prezidenti seçildi
-
"Bloqer" maskası düşəndə: Hüseynovla Sadıqlını susduran gerçək
-
“Transfermarket” dünya çempionatının rəmzi komandasını açıqladı
-
Hacıbaba Məmmədov teatr direktoru təyin olundu
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
-
Azərbaycanlı aktyor 3 aya arıqlayıb belə oldu - (Video)
-
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olundu
-
Bir teleqram Azərbaycanın elm tarixini dəyişdi
-
Şagird, tələbə və könüllülərə icbari sığorta haqqı ödəniləcək
-
Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə növbəti köç olub - (Yenilənib)
-
Qaz qurğuları ilə bağlı dövlət rüsumu ləğv edildi
-
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub
-
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - (Foto)
-
Çin avtomobilləri sürənlərin nəzərinə: Ehtiyat hissələri bahalaşdı
-
Putin Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
-
Serenay reklamdan milyonlar qazanacaq - Rekord qazanc
-
Temperatur 39 dərəcə qalxacaq
-
Anar Məmmədliyə 14 il, Anar Abdullayevə 13 il həbs tələb olundu
-
Bakıda iş yoldaşının kartından gizlicə 6 min pul çıxaran şəxs saxlanıldı
-
Tanınmış iş adamı oteldə faciəvi şəkildə öldü





