Siyasət
Qənirə Paşayeva: “Qaçqın və məcburi köçkünlərin hansı əziyyətlər çəkdiyini komissar Hammarberqdən soruşun”
26 Yanvar 2011 19:31
Baxış: 243
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında xorvatiyalı məruzəçi Miljenko Doriçin "Müharibə cinayətlərinin aradan götürülməsi sahəsində Avropa Şurası üzv ölkələrinin əməkdaşlığı" adlı hesabatı ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.
Milli.Az xəbər portalına daxil olan məlumata görə, Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvü, xanım Zöhrabyanın Azərbaycanın əleyhinə yenə də yalan və böhtanlarla dolu məlumatlar səsləndirməsindən təəssüfləndiyini bildirib: "Onun səsləndirdiyi fikirlərin heç biri nə BMT, nə AŞ, nə Avropa Parlamenti, nə də insan hüquqları üzrə beynəlxalq təşkilatların sənədlərində əksini tapıb. Əksinə, həmin təşkilatların sənədlərində - AŞPA-nın 1416 saylı qətnaməsində, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsində Ermənistan dövlətinin Azərbaycanın 20 faiz ərazilərini işğal etdiyi və həmin ərazilərdən 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi aydın şəkildə qeyd olunub. AŞ-nın İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq də buradadır, siz cənab Hammarberqdən də bu haqda soruşa bilərsiniz. Onun da çox yaxşı məlumatı var ki, nə qədər azərbaycanlı qaçqın və məcburi köçkün artıq 20 ilə yaxındır, öz evinə dönə bilmir. Onların öz evlərinə dönə bilməmələri səbəbindən hansı mənəvi əziyyətlər çəkdiyini cənab komissar söyləyə bilər. Bu özü elə insanlığa qarşı, dinc əhaliyə qarşı bir cinayət, insan hüquqlarının total şəkildə pozulması deyilmi? Bundan başqa, Ermənistan Silahlı Qüvvələri minlərlə azərbaycanlını qətlə yetirib".
Qənirə Paşayeva dediklərinin sübutu olaraq Heydər Əliyev Fondunun nəşr etdirdiyi Xocalı soyqırımına dair şəkilləri AŞPA salonunda parlamentarilərə təqdim edib, erməni vəhşiliklərini əks etdirən fotoları nümayiş etdirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (Foto)
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
XƏBƏR LENTİ
-
Azərbaycan Ordusunun hərbçisi vəfat etdi (Foto)
-
Kəlbəcərdə çayda batan azyaşlının (Fotosu)
-
Hikmət Hacıyev: "D-8 Media Mükəmməllik Mərkəzi dezinformasiya ilə mübarizədə qlobal platforma olacaq"
-
Xoşqədəm ailəsi ilə istirahətdə (Foto)
-
Media Mükəmməllik Mərkəzi D-8 üzv dövlətlərinin KİV-ləri arasında əməkdaşlıq platformasına çevriləcək - Hikmət Hacıyev
-
78 yaşlı Hülya Koçyiğit idman zalında (Foto)
-
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət ediblər (Foto)
-
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
-
"Caspian International Hospital"da qanunsuz mayalanma proseduru aparılırmış
-
"Həyatımın ən böyük sevgisi " - Əməkdar artist Rəşidə Rəşid (Foto)
-
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi itkilərini açıqladı
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb - (Video)
-
Yayda buzlu su içmək təhlükəlidirmi?
-
Ceyhun Bayramov ÜGT-nin baş katibi ilə görüşdü
-
Parlamentin son iclasında 26 məsələ müzakirə olunacaq
-
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
-
Sabahdan hava kəskin dəyişir: Leysan yağacaq, dolu düşəcək
-
" 10 il Leyli-Məcnun kimi sevsəm də, ayrılanda 1 həftəyə unuduram"
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Yəmən qüvvələri öz hava limanını vurdu
-
Şahruddin “Qarabağ”dan ayrılır - (Foto)
-
Bakıda soyğunçuluq və oğurluq edən iki nəfər saxlanıldı
-
12 ildir oturmur, uzanmır - Ayaqları görün necə oldu - (Video)
-
Başqasının sürdüyü avtomobilin cəriməsini kim ödəməlidir?