Siyasət
"Azərbaycana qarşı qarayaxma kampaniyası Avropaya olan inamı sarsıdır"
5 May 2015 17:42
Baxış: 1 666
"Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir vaxtda İsveç Olimpiya Komitəsinin Azərbaycandakı "repressiya" iddiaları ilə əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi bir daha bu məsələdə xüsusi maraqların olduğunu göstərir. Bu gün istər İsveç, istərsə də digər dövlətlərin Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşulması bizim Avropa ölkələrinə olan inamımızı ciddi şəkildə sarsıdır".
Bunu Trend-ə açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı beynəlxalq hüquq normalarını əsas gətirən dövlətlər ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqelərinin möhkəmlənməsinə təsir göstərmək istəyirlər: "Azərbaycan oxşar vəziyyətlə bir neçə dəfə rastlaşıb. Bu dairələrin istər seçki zamanı, istər "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi, istərsə də hazırda Avropa Oyunları zamanı aktivlik nümayiş etdirməsi təsadüfi deyil. Amma bütün bunlar birmənalı olaraq Azərbaycanın yürütdüyü müstəqil siyasətə heç bir zərər gətirmir və gətirməyəcək də. "Avroviziya"dan sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmədimi?! Bunun da öhdəsindən layiqincə gələcəyik".
M.Seyidovun fikrincə, dünyanın enerji təhlükəsizliyi xəritəsini dəyişən Azərbaycan bu gün bütün dünya ölkələrinə nümunə ola biləcək iqtisadi, siyasi addımlar atır: "Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi də bir çox ölkələrin qısqanclıq hisslərinə qapılmasına əsas yaradır. 6 min idmançının, beynəlxalq korpus nümayəndələrinin Azərbaycanın inkişafının canlı şahidi olmasını həzm edə bilməyən, ölkəmizə qarşı qərəzli mövqe tutan şəxslər Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycan xeyrinə həll olunmasında maraqlı deyillər. Onu da unutmaq olmaz ki, bütün dünyaya ideal mexanizm kimi göstərilən "insan haqları" institutları bununla bağlı bir dəfə də olsun peşəkar mövqe sərgiləməyiblər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq