ABŞ qonşularına münasibətini dəyişir. Pozitiv yönümlü yeni münasibətlər sistemi qurmaqla ABŞ özünün müdafiəsini təşkil edir. Bununla da yaxın gələcəkdə yeni geostrategiya təqdim edə bilər.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib:
"Panamada keçirilən Amerika sammitində 33 dövlətdən 35 nümayəndə heyəti iştirak etdi. Prezident B.Obama Kubanın rəhbəri R.Kastro ilə görüş keçirdi. Amma ən diqqət çəkən onun Venesuelanın prezidenti N.Maduro ilə təması idi. Qatı antiamerikan siyasət aparan, ABŞ-ın bütün addımlarını özünə düşmən bilən əvvəlki prezident U.Çavesnin siyasi varisi N.Maduro prezident B.Obama ilə dialoqa can atırdı. Eləcə də B.Obama da onunla görüşməyə meylli idi. N.Maduro üçün əsas test ABŞ-Kuba münasibətləridir. ABŞ-Kuba münasibətlərinin normallaşmasından Kuba rəhbərliyi zərər görməyəcəksə N.Maduro da Venesuela ilə ABŞ münasibətlərinin yaxşılaşmasına qərar verəcək. Venesuelada ABŞ-ın tətbiq etdiyi blokada effekt yaradıb. N.Maduro ilk addım olaraq bu sanksiyaların aradan qaldırılmasını istəyir".
Politoloq qeyd edib ki, ABŞ-ın Latın Amerikası coğrafiyasındakı qonşularına münasibətinin dəyişməsi Kubadan başladı və əsas içlik də Kuba ilə olan münasibətlərdir: "Rəsmi Vaşinqton bir neçə dəfə ABŞ-Kuba münasibətlərinin Rusiyanın əleyhinə yönəlmədiyini bəyan etsə də, hətta bu inkar mövqeyi ABŞ-ın Kuba ilə münasibətlərini normallaşdırmaqda əsas məqsədinin antirusiyaçılıq olduğunu göstərir.
ABŞ okean üzrə digər qonşuları ilə də münasibəti normallaşdırmağa can atır. B.Obama Yaponiyada səfərdə olarkən Sakit Okean hövzəsi regionunda iqtisadi qaydaların ABŞ tərəfdən müəyyənləşdiriləcəyini bildirdi. Əgər iqtisadi qaydaları ABŞ müəyənləşdirməyəcəksə, bunu Çin edəcək. Bu isə ABŞ-ın maraqlarına uyğun deyil. Bu addımlar ABŞ-ın Çin və Rusiyaya qarşı açıq mübarizəyə başladığını göstərir. B.Obamanın atdığı addımlar onun yeni siyasətinin konseptual olduğunu işarədir. Nəticə özünü çox gözlətməyə bilər və ABŞ-ın yenidən dünya liderliyinə daha əlverişli şərait yarada bilər. Amerika qitəsi üzrə ABŞ-ın qonşularında Çinin təsiri xeyli güclüdür. İnvestisiya qoyarkən demokratiya, insan hüquqları parametrini nəzərə alması ABŞ-ın öz qonşularına investisiyanın miqdarını minimuma endirir. Çin isə Latın Amerikası dövlətlərinə investisiya qoyarkən demokratiya və insan hüquqları amillərini qətiyyən nəzərə almırdı. Latın Amerikasında Çinin investisiyaları artır. Bu coğrafiya Çinin böyük istehlak bazarına çevrilib".
Mübariz Əhmədoğlu bildirib ki, Latın Amerikasında İranın iştirak payı artır və İranın burada konkret siyasi məqsədləri var və bu məqsədlərindən ötrü külli miqdarda pul xərcləyir. Ispan dilli təbliğata xüsusi diqqət verir. Rusiya Latın Amerikasında xüsusi siyasətə malik deyil. Amma region dövlətlərinin Rusiyaya marağı var. Bu, təkcə Kuba, Venesuela və Nikaraquada olan maraq deyil. Braziliya və Argentina kimi dövlətlər də ABŞ-ın təsirinə əks qüvvə kimi Rusiyanı görürlər. Atom enerjisi texnologiyası Latın Amerikasında Rusiyanı daha cəlbedici edir. Yaxın illərdə ABŞ məqsədyönlü siyasəti ilə Çin, İran və Rusiyanı Latın Amerikasından sıxışdırıb çıxaracaq. Bu üç dövlətin Latın Amerikasından sıxışdırılması onları Avrasiya qitəsində yeni maraqlar axtarışına təhrik edəcək. Beləliklə, Mərkəzi və Ön Asiya, Qafqaz və Yaxın Şərq uğrunda mübarizə daha da şiddətlənəcək. Rusiya və Çinin Asiyada öz maraqları uğrunda mübarizəni şiddətləndirdiyi dövrdə ABŞ qonşularını tamamilə öz təsiri altına salacaq. Bu təsir sağlam əsasda olduğu üçün ABŞ-ın qonşuları narazılıq etməyəcək. ABŞ-ın İranla uzunmüddətli danışıqlarının bir mahiyyəti də məhz buradadır. ABŞ Mərkəzi və Ön Asiyada, Qafqazda, Yaxın Şərqdə İranı özünə tərəfdaş kimi götürmək istəyir. İran Rusiyanın əleyhinə getməyə hazır olduğunu çoxdan sübut edib. Amma İran Çinin əleyhinə gedə bilməz. Bunun üçün İranla ABŞ arasındakı münasibətlərin inam əmsalı bəlkə də 200-300% olmalıdır. Çin faktoru ortalığa çıxdığına görə, İran indi ABŞ-la müttəfiqliyə o qədər də önəm vermir. Amma ABŞ İrandan əl çəkmək niyyətində deyil. ABŞ-ın İrana doğru meyllənməsi İranda psixoloji üstünlük eyforiyası yaradıb".
Mərkəz rəhbəri əlavə edib ki, Ukrayna hadisələri Çinə qarşı mübarizədə Rusiyanı özünə müttəfiq götürməyə imkan vermir: "ABŞ Ukraynada özünün ilkin araqarışdırıcı rolunu unudur və Rusiyaya beynəlxalq öhdəliklərə riayət etməyən dövlət kimi baxır. Rusiya 1994-cü il ATƏT-in Budapeşt sammiti zamanı Ukrayna barədə əldə olunmuş razılaşmanı pozur. ABŞ-ın Çinə qarşı mübarizədə Rusiyanı müttəfiq seçməməsinin daha bir dəlili Yaponiyanı ABŞ-la birlikdə Rusiyaya qarşı mübarizə aparmağa çağırmasıdır. ABŞ-ın qonşularına qarşı yeni tipli siyasətin Rusiya və Çində lazımi hərəkətlər yarada bilməyib. Əksinə, Rusiya qonşularına qarşı münasibəti sərtləşdirib. ABŞ-ın qonşuları bu ölkəyə meylləndiyi zamanda Rusiyanın qonşuları ondan uzaqlaşır. Hətta Rusiyanın AİB üzrə müttəfiqləri - Belarus və Qazaxıstan da indi əvvəlkinə nisbətən Rusiyanı daha çox təhlükə mənbəyi kimi görürlər. Prezident B.Obamanın qonşular ilə yeni tipli siyasəti qısa müddət ərzində onun ölkə daxilindəki vəziyyətini də yaxşılaşdıra bilər. Eks-vitse prezident, respublikaçı Dik Çeyni B.Obamanın ünvanına hədsiz kəskin fikirlər səsləndirib: B.Obama ABŞ-ı daxildən parçalamaq istəyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"
-
Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub - FOTO
-
İlham Əliyevin Kopenhagendə Makronla görüşü olub - VİDEO - FOTO
-
Azərbaycan Prezidentinin Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb - VİDEO - FOTO
-
İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub - FOTO
-
Kamaləddin Qafarov: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığı uğurla inkişaf edir”
XƏBƏR LENTİ
-
Balqabaq və portağal şirəsi RESEPTİ
-
Səsdə xırıltı, boğaz tutulması - Yeni COVID ştammının əlamətləri
-
10 il daha uzun yaşamağın ən asan yolu
-
Bu tərəvəzi səhər yeməyində yemək təhlükəlidir - Mütəxəssislər xəbərdarlıq edir
-
Tez-tez boranı yeməyin orqanizmə 5 faydası
-
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş mərasimdə iştirak edib - FOTO
-
Çağırışa gedən təcili yardım avtomobili yolda qaldı - Xəstəni yük maşını ilə gətirdilər - VİDEO
-
"Lill"in türkiyəli qapıçısından fantastika: 3 təkrar penaltini dəf etdi - VİDEO
-
Nura Surinin anası qazi imiş - FOTO
-
Bu dəfə ən bahalı oldu - tarixə düşdü
-
Günün qoroskopu: Emosional qərarlar verməməyə çalış
-
FIFA prezidenti Azərbaycanı təbrik edib - VİDEO
-
“Qarabağ” ən çox xal toplayan komandaların siyahısında
-
BÜRCLƏR üçün oktyabrın ən sərfəli günləri: bəxtiniz gətirəcək
-
“Fənərbaxça” UEFA Avropa Liqasında ilk qələbəsini qazandı
-
Putin əsəbiləşdi: Məni onunla müqayisə etməyin
-
"Həyat yoldaşım dedi ki, nəyisə sübut etməyə çalışma"
-
Hansı balıqda sümük daha azdır? - Tanınmış növlər
-
Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
“Alim Qasımov indi şöhrətlənib məni yada salmır”
-
Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? - Video
-
"Qarabağ"ın Çempionlar Liqasında ilk 24-lüyə düşmə ehtimalı açıqlanıb
-
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyorla müsahibə - FOTO