Siyasət
Milli Olimpiya Komitəsindən sərt cavab: "Qara yaxmaqdan başqa bir şey deyil"
5 May 2015 12:50
Baxış: 2 690
"Amnesty İnternational" beynəlxalq hüquq təşkilatı tərəfindən Avropa Oyunları ilə bağlı yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin yaydığı məlumatda qeyd olunub.
MOK hesab edir ki, bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin "Aftonbladet" qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, I Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.
MOK-un məlumatında qeyd olunur ki, İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır: "Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən, onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ Komitə tərəfindən araşdırılacaqdır. Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 Komitədən biri olmuşdur".
MOK-un məlumatında daha sonra deyilir: "Qeyd etmək istərdik ki, Azərbaycanda qanunlara və demokratiya ilə bağlı standartlara əməl olunması haqqında danışan İsveç dırnaqarası hüquq müdafiəçiləri unudurlar ki, 1986-cı ildə fevralın 28-də İsveçin paytaxtı Stokholm şəhərində İsveçin baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü ilin sentyabrın 11-də İsveçin xarici işlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.
Eyni zamanda söylənilənlərin əksinə olaraq, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin söz azadlıqları qorunduğunu və indiyədək ölkəyə səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.
İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləçək I Avropa Oyunlarında iştirakına və xərclərinin "Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə "Bakı 2015" I Avropa Oyunlarına da şamil edilir".
MOK bəyan edir ki, Azərbaycanın qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük uğur qazanacaq Bakı 2015 I Avropa Oyunlarından sonra insanlar Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı yönəlmiş bu kimi təxribatlara son qoyulacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı