"Avropa Oyunları Azərbaycana üç əsas dividend gətirəcək"
"Partiya olaraq I Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirik. Hesab edirəm ki, bu məsələdə müxalifət və iqtidar birləşməli, ümummilli maraqlardan çıxış etməlidir"
Bunu publika.az-a açıqlamasında Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycana xüsusi dividendlər gətirəcək: "Birincisi, ölkə siyasi dividend qazanacaq. Azərbaycan beynəlxalq arenada daha çox tanınacaq, dost ölkələrin sayı çoxalacaq. Bu isə avtomatik olaraq ikinci dividendin əldə edilməsinə səbəb olacaq. Hansı ki, indiyə qədər ermənilərin yalan təbliğatına görə dünyada bizim haqqımızdan yanlış rəy formalaşıb. Bu oyunlar zamanı dünyanın gözü Azərbaycanda olacaq və beynəlxalq ictimaiyyət Azərbaycan xalqının nə qədər humanist və sivil olduğunu görəcək. Üçüncü dividend isə iqtisadiyyatla bağlıdır. Ölkəyə turist axını olacaq və bu axın təkcə oyunların keçirilməsi ilə bitməyəcək. Çünki bu böyük idman tədbiridir və respublikanın müxtəlif yerlərində keçiriləcək. Beləliklə, ölkənin turizm potensialı olan yerlər tanınacaq və gələcəkdə turistlərin daha çox gəlməsinə səbəb olacaq".
Partiya sədri hesab edir ki, bu gün oyunların keçirilməsi üçün tikilən infrastruktur da Azərbaycanın inkişafına qoyulan kapitaldır.
F.Əliyev Avropa Oyunlarının insan haqlarına bağlanması və siyasiləşdirilməsini doğru hesab etmir. Onun sözlərinə görə, eyni təcrübə "Eurovision" yarışması zamanı da yaşandı: "İndi isə Avropa oyunlarını siyasiləşdirməyə cəhdlər edilir. Bu, Avropanın özü üçün mənfi haldır. Hesab edirəm ki, bu tipli cəhdlər baş tutmayacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu





