Siyasət
"Bütün dünyanın diqqəti Azərbaycana yönələcək"
27 Aprel 2015 11:49
Baxış: 4 386
Milli.Az İrlandiyanın tanınmış politoloqu Kolin Kenanın İlk Avropa Oyunları ilə bağlı Trend-ə müsahibəsini təqdim edir.
- Bildiyiniz kimi, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları dünya idman tarixində ilk hadisədir. İstərdik, bu Oyunların əhəmiyyəti barədə danışasınız.
- İdman insanları fərqli düşünməyə və daha çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Bizim ölkəmizdə idman müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq üçün bir vasitə kimi istifadə edilir. Eyni zamanda, Avropada da idman müxtəlif dövlətlər arasında qarşılıqlı anlaşma yaratmaq üçün bir vasitə kimi istifadə edilə bilər. Bu baxımdan Azərbaycanda baş tutacaq İlk Avropa Oyunları bütün keçmişdə olan ixtilafları bir kənara qoyub və bunun əvəzində daha yaxşı işləri önə çəkmək üçün unikal bir imkan yaradır. Eyni zamanda, bu Oyunlar idmançılara illərdir çəkdikləri əziyyətin, ağır zəhmətin bəhrəsini görmək, dünya şöhrətli idmançı olmaq arzularını reallaşdırmaq şansı verir. Mən əminəm ki, bu Oyunlar orada iştirak edən hər kəsə böyük uğur gətirəcək və mən də öz növbəmdə bütün yarışçılara müvəffəqiyyətlər arzu edirəm.
- Sizcə, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəyə nə kimi faydalar gətirəcək?
- Təbii ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə bir çox istiqamətdə böyük faydalar əldə edəcək. Siyasi baxımdan, ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, bütün dünyanın diqqəti Azərbaycana yönələcək ki, bu da ölkəyə özünü dünyaya təqdim etmək üçün bir imkan yaradacaq. Şübhəsiz ki, dünyanın diqqətinin bu şəkildə Azərbaycana yönəlməsi ölkəyə iqtisadi dividendlər də gətirəcək. İlk növbədə bu, Azərbaycana turistlərin marağını xeyli artıracaq və hətta Oyunlardan sonrakı dövrdə də uzun zaman ölkə iqtisadiyyatının çıçəklənməsinə xidmət edəcək. Bundan əlavə, idmançılarla yanaşı, bu Oyunları izləmək üçün Azərbaycana çoxlu sayda tamaşaçılar da gələcəklər. Təbii ki, bu da öz növbəsində ölkədə yerli biznesin inkişafına öz töhfəsini verəcək.
- Bəzi beynəlxalq dairələr, xarici QHT-lər İlk Avropa Oyunlarından Azərbaycana təzyiq göstərmək, qarayaxma kampaniyası aparmaq üçün istifadə edirlər. Bir idman yarışmasını siyasi məqsədlər üçün istifadə etmək nə dərəcədə düzgündür?
- Mən müsahibəmin əvvəlində də qeyd etdim. İdman insanları həvəsləndirmək və bir araya gətirmək üçün bir vasitədir. İdman insanlar arasında ixtilaf yaratmaq və siyasi bəyanatlar vermək üçün alət edilməməlidir. Yarışlarda iştirak edən idmançlar öz ağır zəhmətlərinin bəhrəsini görmək və bunu bayram etmək istəyirlər, onlar digər insanların siyasi məqsədləri üçün alət olmaq istəmirlər. Ona görə də biz hər birimiz ilk Avropa Oyunlarını tam bir idman yarışması kimi qəbul etməliyik. İdmanı siyasiləşdirmək heç bir zaman düzgün qəbul edilməyib və mən idmandan siyasi məqsədlər üçün istifadə edənləri yenidən düşünməyə çağırıram. Sonda bir daha bu Oyunlarda iştirak edəcək bütün idmançılara uğurlar arzu edirəm və Oyunlara tamaşa etməyi səbrsizliklə gözləyirəm.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar