Milli.Az xəbər verir ki, Kəpəz TV-nin (Region TV) "Bu həftə" analitik informasiya proqramının bu dəfəki qonağı - Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık bu həftə 100 illiyi qeyd olunan Çanaqqala zəfəri, qondarma erməni soyqırımı və bir sıra başqa məsələlər barədə suallara aydınlıq gətirib.
- Bu həftə Çanaqqala zəfərinin 100 illiyi qeyd olundu. Bədnam qonşularımız olan Ermənistan isə aprelin 24-də qondarma soyqırımın 100-cü ildönümünü qeyd etdi. Çanaqqala zəfərinin tarixi əhəmiyyəti nədən ibarət idi və bu qələbə Türkiyə və Azərbaycan üçün nə verdi?
- Bu, ortaq zəfərimizi Türkiyədə olduğu kimi Azərbaycanda da qeyd edirik. Bu, bir millət olmağın ortaq şüurudur. Çanaqqalada dənizdən keçən yolçular üçün qayaya həkk olunmuş bir yazı var. "Dayan, yolçu! Gəlib, keçdiyin bu torpaqlar bir dövrün bitdiyi yerdir!" Çanaqqala zəfəri bir dövrün sona çatdığı, bütün tarixçilər üçün böyük əhəmiyyəti olan bir yerdir. Türkiyə və Azərbaycan üçün həm Birinci Dünya müharibəsində yaranmış millətlərin taleyi baxımından, həm də bütün dünya xalqlarının tarixi baxımından əhəmiyyətlidir. 100 il bir insanın həyatında qısa sayılmaz, ancaq bir millətin həyatında 100 il əslində qısa bir müddətdir. Bu səbəbdən də bu əhəmiyyəti hamımızın yaxşı idrak etməyimiz lazımdır. Tarixdən sülh, qardaşlıq yoxsa düşmənlik çıxarmaq məsələsində düşüncəmizin təmiz olması lazımdır. Çanaqqalada 250 min türk əsgəri - Osmanlı coğrafiyasına dəyişik bölgələrindən, fərqli etnik köklərdən, dinlərdən gələnlər döyüşdülər. Türkiyənin itkisi ümumilikdə 90 min idi, amma 200 minə yaxın xəstə, itkin olan şəxslər vardı. Biz onların hamısına rəhmət diləyirik! Bu zəfər Türkiyə cümhuriyyətinin milli qurtuluş mübarizəsində müvəffəqiyyət qazanması üçün də böyük bir stimul qaynağı oldu. Ordumuz qısa zamanda təşkilatlandırıldı. Azərbaycandan gələn könüllülərin də sayının 3000 arası olduğu söylənilir, onların da ruh şad olsun! Təbii, Çanaqqala savaşları cümhuriyyətimizin kadrlarının ön plana çıxmasına da səbəb oldu. Həm bir millət özünə inam qazandı, həm də o cümhuriyyəti quranlar da Çanaqqala savaşlarında göstərdiyi liderliklə, komandirliklə ön plana çıxdılar. Bunların ən başında Mustafa Kamal Atatürk və digər öndərlərimiz gəlir. Çanaqqala zəfəri sadəcə Türkiyə üçün deyil, Azərbaycan üçün və dövlətçiliyinin qorunması üçün sadəcə Azərbaycanda da deyil, dünyada izlənmiş təzyiq altındakı millətlər üçün də qələbə oldu. Çünki imanla, inancla, haqlı ədalət üçün edilən mübarizə qarşısında böyük bir düşmən da olsa sonda qələbə çalacağının ən böyük timsalı olur. Çanaqqaladakı o zəfər əldə edilməmiş, çökmüş olsaydı bu gün Türkiyə, Azərbaycan, Rusiya tamam fərqli bir şəkildə formalaşardılar.
I Dünya müharibəsi və Çanaqqala savaşı dünyanın fərqli paytaxtlarında fərqli şəkildə anılır. Hər millət o savaşdan hansı şəkildə təsirləndisə onu o şəkildə anır. Buna da, hər millətin acısına, onun anılıb xatırlanmasına da böyük hörmətimiz var. Amma bununla da acıların yarışdırılmaması lazımdır, bəzi acıların üstü örtülərkən bəzi acıların ön plana çıxardılması ədalətsizliyin pərdələnməsi deməkdir. Qarabağ məsələsinə toxunmaq istəyirəm, bu, Azərbaycan üçün təzə yaradır, 20 il öncə olub. Bu qanayan yara problemi ortadaikən bu yaranı sağaltmaq, bu ədalətsizliyi aradan qaldırmaq vəzifələri olan dövlətlər bu məsuliyyətlərini bir kənara buraxıb onunla bağlı bir söz söyləmədikləri halda, 100 il öncəki böyük bir qanamaqda olan yaranı ört-basdır etmək işi ilə məşğuldurlar. Azərbaycan ədalətli bir tarix, yaddaş istəyir, biz də onun kimi, ədalətli bir yaddaş istəyirik. Ədalətli bir tarix razılaşması istəyirik ki, günümüzdəki məsələlər də ədalət və dostluq içərisində həll oluna bilsin.
- 2 gün öncə, aprelin 24-də Çanaqqalada keçirilən möhtəşəm tədbir bir daha onu göstərdi ki, Türkiyənin yanında müttəfiqləri olduqca çoxdur. Azərbaycan da daxil olmaqla 20-də artıq dövlət başçısı həmin tədbirdə iştirak etdi, baş nazirlər, parlament sədrləri dövlət olaraq Türkiyənin yanındaydılar. Ümumiyyətlə Çanaqqala zəfərinin qeyd olunması həm də bir göstərici idi ki, biz Türkiyənin yanındayıq, biz tarixi qələbənin yanındayıq və biz tarixdə baş verənlərin olduğu kimi təqdim olunmasının tərəfdarıyıq...
- Düz buyurursunuz, Çanaqqalada 21 dövlət başçısı, 100-dən çox ölkənin nümayəndəsi iştirak etdi. Eyni tarixlərdə Ermənistanda olan ölkələrin adlarını özünüz bilirsiniz. Həmin ökələrin hökumət başçıları parlamentlərində o dövrdə türk, müsəlman itkiləri barədə heç nə demədən, sadəcə erməni və digər xristianlardan bəhs etdilər. Öz ölkələrində çox sayda türk vətəndaşı olmasına baxmayaraq Almaniya, Fransa kimi ölkələrin dövlət başçıları ya İrəvanda idi ya da öz parlamentlərində o hadisələri soyqırım olaraq adlandırdılar, biz bunları unutmayacağıq. Və görəsən bu dövlətlər bu tarixlərdə 100 il öncəki hadisələri təktərəfli oxuyaraq öz tarixlərində də səbəb olduqları, örtmək istədikləri, zərərçəkənlərin haqlarını da bu şəkildə kənara itələmiş olmurlarmı? Çanaqqalada edilən çağırışın düzgün oxunması lazımdır. Bu çağırışda Azərbaycan yanımızda idi, prezident İlham Əliyev bizim prezidentimizlə birlikdə idi. Azərbaycandan gənclər Çanaqqalaya getdilər, Gəncədən də 10 gəncimiz bu karvana qatıldı. Bu çağırış bir sülh çağırışıdır, amma bu çağırışı eşitmək istəməyənlər də var. Bunlar öz ayıblarını örtürlər, çünki bu, öz ölkələrində də davam edir. Bu bölgədə tökülən qanda da payları var. Ədalətə yaxınlaşmaq üçün 100 il öncəki ağrı-acılar çox önəmlidir, amma elə indiki daha qısa zamanda söylənmiş olan bu ədalətsizliklərin də sona çatması lazımdır.
- Uydurma erməni soyqırımı ilə bağlı bir məqamı qeyd edim ki, iştirak edən 4 prezidentdən 2-si - Fransa və Rusiya prezidentləri, onlar Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçi olan ATƏT-in Minsk qrupunun 3 həmsədrlərindən 2-sidirlər. Sizcə bu, prezidentlərin uydurma soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə iştirakı onların mövqeyində tərəfsizliyi ortaya qoyurmu və ümumiyyətlə uydurma erməni soyqırımının qeyd olunması 23 il bundan öncə Dağlıq Qarabağ və Xocalıda törədilən soyqırımla bağlı məsələyə dırnaqarası münasibətin bəslənməsi ikili yanaşmadan irəli gələn bir məqam deyilmi?
- Tarix təbii ki, unudulmayıb, indi xaqlarımızın hafizələrində, ürəklərində yaşayan - ürək sızladan bir tarix var, tarixçilərin arxivlərdən çıxartdıqları bir tarix də var. Bunların heç birini tarixçilər gizli şəkildə danışmayacaqlar. Ona görə də sülh layihəsinin olması lazımdır. Çünki xalqların acılarını, onların yaddaşlarını siyasi layihə kimi istifadə etmək istəyənlər var. Tarixçilərin üzərinə bu səbəbdən də böyük iş düşür. Amma xalqlarımız da, siyasətçilərimiz də öz rollarını yaxşı bilməlidirlər, onlar parlamentlərə çıxıb tarix yarada bilməzlər. Dövlət başçıları, siyasətçilər çıxıb tarix anlayışında bir tərəfin oxunmasını dəyərləndirə bilməzlər. Xocalıda yaşanan hadisədə biz hüquqi məsələ gördüyümüz üçün orda yaşayan insanların öldürülməsi də sadəcə türk və müsəlman olduqları üçün idi. Ancaq əgər sülh istənilirsə bu nöqtədən sonra demək ki, mövcud Minsk qrupunun və bu ölkələrin tərəfdaşlarının bir daha gözdən keçirilməsi lazımdır. Demək ki, Minsk qrupunun fəaliyyəti kifayətsiz qalır. Azərbaycan səsləndirir, başçımızın açıqlaması da Minsk qrupunun 2 ölkənin hazırda mövcud olduğu yer Azərbaycanın yaxınlığındakı İrəvanın kənarındakı hadisə məsələsində onlara bir məsuliyyət yükləyir. İndi gözləyək, görək bu iki ölkə və Minsk qrupu bütün bu 24 apreldə söylənən sözlərdən sonra məsuliyyətlərinin fərqinə vara biləcəklərmi? İrəvana qədər gəlmişkən Dağlıq Qarabağ məsələsinin həlli üçün bir yol tapa biləcəklərmi?
- Sizcə həm Azərbaycan, həm də Tükiyə siyasətçiləri və tarixçiləri birgə olaraq necə hərəkət etməlidirlər ki, bizə qarşı olan bu qarayaxma, ikili stantartlar aradan qaldırılsın və bundan sonrakı tarixin olduğu kimi təqdim olunması istiqamətində daha güclü olsunlar?
- Türkiyə soyuq müharibənin mənfi təsirləri haqda düşünmür. Bəli, NATO müttəfiqi Avropa Birliyi yönündəyik, amma bölgəmizdəki bütün dövlətlərlə sülh, daha çox iqtisadi ticarət əlaqələri istəyirik. Bu 20 il içərisində Türkiyə kimi Azərbaycan da müstəqilliyini, dövlətçiliyini gücləndirdi. Azərbaycan onsuz da hər dövrdə milli mənliyini, şüurunu mühafizə edib, güclü tutmuş bir xalqdır. Millət olmanın xüsusiyyətinə dünyadakı bir çox xalqlardan daha çox sahib çıxıb. Bunlar Türkiyə və Azərbaycan arasında ortaq xüsusiyyətləridir. Biz bunların daha çox fərqinə varsaq, ortaq mədəniyyətin, ortaq tarixin bizə daha çox güc verəcəyini, vətənsevərlik duyğularımıza, dövlətçiliyimizə daha çox güc qatacağını görəcəyik. Və son dövrlər bu təməl üzərində konkret layihələrin gerçəkləşdirildiyini görürük. Bunlar neft, təbii qaz, dəmiryolu xətləridir və bu ölkələrin üzərində insan münasibətləri daha çox inkişaf edəcək. Belə olduqca da onlar fərqli mədəniyyətləri, xalqları bir sülh xətti kimi bir araya gətirən olduğunu görəcəklər. Çanaqqala zəfərinin 100-cü ildönümündə bir çox hadisələr oldu. Bu günləri dünyanın başqa bir yerində də mütləq izləyəcəkdik, anacaqdıq. Çünki bu, bütün dünyaya təsir etdi və hələ də təsir etməkdədir. Amma bu gün bu tarixi Gəncədən, Azərbaycandan anmaq və bunu sizlər - azəri qardaşlarımızla birgə anmaq mənim üçün çox qiymətlidir. Bu səbəbdən də özümü şanslı hiss edirəm. Çünki Azərbaycanın pəncərəsindən baxaraq ortaq acıları və o dönəmdə yaşananları daha yaxşı anlamaq mümkün olur. Çünki Azərbaycan, Qafqaz və Gəncə 100 il öncə tarixin ön planında idi və yenə də elədir. Bu illərdə sülh layihəsi Qafqazda gücləndikcə bu bölgənin də Azərbaycandakı digər Qafqaz xalqları kimi bundan yararlandığını görəcəyik. Mən də bu səbəbdən qürur hissi keçirirəm və özümü xoşbəxt hiss edirəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Naxçıvana maneəsiz keçid belə olacaq: Məqbul variant tapıldı
- Berbokun COP29 şousu: yalan, iftira, böhtan
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri müəyyənləşdi
- İlham Əliyev: Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq
- Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
XƏBƏR LENTİ
- Messinin arvadından maraqlı FOTOlar
- Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
- Aysel Balidə dekolteli geyimdə FOTOlarını paylaşdı
- Qışda əllərin dərisini qorumaq üçün nə etmək lazımdır?
- Əməkdar artist vəfat edən anasını paylaşıb bunları yazdı - FOTO
- Berbok boşanır
- Azərbaycanda qardaş bacısını döydü - qeyri-adi səbəb
- Paşinyan onları istefaya çağırdı
- “Ərim mənə bacı deyirdi” - məşhur aktrisa - FOTO
- Paşinyan: Bu tarixədək Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm
- Efirdə müğənniyə sevgi etirafı etdi - VİDEO
- Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin
- Faraya "plyonka" çəkənlərin nəzərinə!
- Təmirə bağlanan "Ukrayna dairəsi"ndə hansı yeniliklər olacaq? - VİDEO
- Diplomat olduğunu deyən azərbaycanlı saxlanıldı - maşınından 70 kq qızıl çıxdı
- Netanyahu Britaniyaya daxil olarsa həbs olunacaq
- COP-un dəqiq bitəcəyi vaxt açıqlandı
- Müğənni 3+3-ün cavabını bilməsə olar - Əməkdar artist
- “Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
- Şəkidə itlər üç nəfəri dişlədi - ikisi azyaşlıdır
- İnsanların ən böyük peşmanlıqları - Altı ay ömrünüz qalsaydı...
- Xatirə anası ilə Moskvada - FOTO
- Sosial şəbəkədə yeni dələduzluq - Dostunun nömrəsi ilə yazıb pulunu mənimsədilər - VİDEO
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü - FOTO