Roma Papası erməni təəssübkeşidir
Xəbər verildiyi kimi, Roma Papası I Fransisk Müqəddəs Pyotr kilsəsində çıxışı zamanı Türkiyədə 1915-ci ildə baş verən hadisələri "soyqırımı" kimi təqdim edib. Roma Papası "erməni soyqırımı"nı XX əsrin ilk soyqırımı adlandırıb. Roma Papasının bəyanatından sonra rəsmi Ankara Vatikandakı səfiri Mehmet Paşacını geri çağırıb. Həmçinin Vatikanın Türkiyədəki səfirindən Xarici İşlər Nazirliyində izahat tələb olunub.Politoloqlar I Fransiskin erməni lobbisinin liderləri ilə şəxsi əlaqələrinin olduğunu düşünürlər
"Kaspi" qəzeti Roma Papasının çıxışı, həmçinin bu çıxışın Türkiyə-Vatikan və Azərbaycan-Vatikan münasibətlərinə təsiri ilə bağlı politoloqların fikrini öyrənib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Vatikan dövləti çox uzun zamandır ki, erməni təəssübkeşliyini çəkir: "Bu, yeni məsələ deyil. Vatikan illərdir ki, erməni lobbisinin maraqlarını təmin edir. Unutmayaq ki, bu dövlət qondarma erməni soyqırımını rəsmən tanıyıb. Roma Papası lazım olmayan məqamda bu açıqlamanı verib. Bu açıqlamanın hədəfi isə Türkiyədir. Başda Vatikan olmaqla Qərb dövlətləri qardaş ölkənin güclənməsini istəmirlər. Onlar ermənilərin əli ilə Türkiyəyə problem yaratmağa çalışırlar. Lakin I Fransiskin bu çıxışı erməni lobbisinin güclü olduğunu göstərmir. Rusiya başda olmaqla bəzi Avropa dövlətləri də "erməni soyqırımı"nı tanıyır. Qərb dövlətləri "erməni soyqırımı" vasitəsi ilə Türkiyəyə təzyiq göstərməyə çalışır. Lakin mən düşünürəm ki, Roma Papasının erməni lobbisinin liderləri ilə şəxsi əlaqəsi mövcuddur. Çünki I Fransisk Papa olmamışdan əvvəl Argentinada yaşayırdı. Unutmaq olmaz ki, bu ölkədə çox sayda erməni yaşayır. Bəlkə də Roma Papası vətənində yaşadığı dövrdə erməni lobbisinin rəhbərləri ilə sıx əlaqələr qurub. Türkiyə üçün digər təhlükə Avropa Parlamentindən gələ bilər. Avropa Parlamentində "erməni soyqırımı" haqqında qətnamə qəbul olunacağı gözlənilir. Lakin bu cür addımlardan çəkinmək, qorxmaq lazım deyil. Lap Avropa Parlamenti soyqırımı olduğunu bildirsə də, bunun Türkiyə üçün ciddi təsiri olmayacaq. Onlar bəyanatlarla, açıqlamalarla qardaş ölkəni zəiflədə bilməyəcək. Əksinə, mən düşünürəm ki, erməni lobbisi fiaskoya uğrayıb. Aprelin 24-də Ermənistanda "erməni soyqırımı"nın yüz illiyinə, Türkiyədə isə Çanaqqala zəfərinin yüz illiyinə həsr olunmuş tədbir keçiriləcək. Mən düşünürəm ki, Türkiyədə keçirilən tədbir daha möhtəşəm alınacaq. Bu da Ermənistana, erməni lobbisinə böyük zərbə olacaq. Həmçinin Azərbaycan ilə Türkiyənin birgə fəaliyyəti erməni lobbisinin Avropa Şurasının Parlament Assambleyasında da iflasa uğramasına gətirib çıxaracaq".
Politoloq qeyd edib ki, Roma Papasının açıqlamasını Azərbaycan da pisləməlidir: "Çünki bu məsələdə Azərbaycan ilə Türkiyə bir mövqedədir və biz qardaş ölkə ilə erməni lobbisinə qarşı birgə mübarizə aparırıq. Vatikan dövlətinə bildirilməlidir ki, Roma Papasının bu çıxışı zamanı Azərbaycanın da maraqları hədəfə alınır. Erməni lobbisi belə çıxışlardan sonra Dağlıq Qarabağ məsələsində dünyaya haqlı tərəf olduğunu göstərməyə çalışacaq. I Fransiskin çıxışı Vatikan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər".
Onun sözlərinə görə, Roma Papasının çıxışı katolik dövlətlərinin "erməni soyqırımı"nı tanımasına gətirib çıxarmayacaq: "Papanın sadə xalq arasında nüfuzu böyükdür. Lakin dövlətlər bu məsələdə müstəqil qərar qəbul edirlər. Onsuz da bəzi dövlətlər "erməni soyqırımı"nı tanıyıb. Lakin Almaniya və İtaliya başda olmaqla bir çox dövlətlər 1915-ci ildə baş verən hadisələri soyqırımı kimi qiymətləndirmir. Papanın çıxışının dövlətlərin mövqelərini dəyişdirəcəyinə inanmıram. Bir çox Avropa ölkələrinin liderləri 24 aprel tədbirində iştirak etməyəcək. Türkiyə və Azərbaycanın birgə fəaliyyəti nəticəsində ermənilər gözlədikləri kimi möhtəşəm tədbir keçirə bilməyəcək. 24 apreldən sonra biz bu çıxışların, bəyanatların, qətnamələrin böyük təsir gücünə malik olmadığına şahid olacağıq. Qərb dövlətləri "soyqırımı" vasitəsi ilə Türkiyəyə təzyiq etməklə heç nə qazanmayacaq. Çünki onsuz da Ermənistan hazırda Rusiyanın təsiri altındadır. Həmçinin bu cür təzyiqlər qardaş ölkəni öz yolundan döndərməyəcək. Lakin Qərb dövlətləri Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanı dəstəkləsə də, Azərbaycanın 20% ərazisi işğal altında olmasına baxmayaraq, Ermənistan dövlətinə qarşı heç bir sanksiya qoyulmur, əksinə, Türkiyəyə sərhədləri açmaq üçün təzyiqlər edilir. Bu, Qərb dövlətlərinin ikili siyasətinin göstəricisidir".
Politoloq Fikrət Sadıxov bildirib ki, Roma Papası düşünülməmiş çıxış etməməlidir: "I Fransisk "erməni soyqırımı" haqqında geniş danışır. Lakin o, 31 mart, Xocalı soyqırımı haqqında fikir bildirmir. Ona görə də belə insanlara düşünülməmiş, məsuliyyətsiz çıxışlar yaraşmır və onların nüfuzuna xələl gətirir. Belə çıxışlar Azərbaycanda, Türkiyədə insanlar tərəfindən mənfi qarşılanır. Azərbaycan ilə Türkiyə dost və müttəfiq dövlətlərdir. Türkiyə bizim yanımızda olduğu kimi, biz də həmişə onların yanında olacağıq. Lakin Papanın çıxışı ilk növbədə Türkiyə dövlətinə qarşıdır. Yəni bu çıxış bizə qarşı edilməyib. Artıq rəsmi Ankara lazımi addımları da atıb. Ona görə də mən Papanın çıxışının Azərbaycan-Vatikan əlaqələrinə mənfi təsir göstərəcəyini düşünmürəm. Həmçinin I Fransiskin fikri bütün katolik dövlətlərinin mövqeyi ilə üst-üstə düşməyə də bilər. Lakin biz həmişə Türkiyə dövlətinin yanındayıq və lazımi məqamda öz rəsmi mövqeyimizi də bildirəcəyik. Həmçinin Azərbaycan diplomatiyası erməni lobbisinə qarşı fəaliyyətini daha da gücləndirməlidir".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul ETDİ
-
Maliyyə Nazirliyi ilə bağlı QƏRAR
-
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - YENİLƏNİB - FOTO
-
Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq - TAM ÇIXIŞ
XƏBƏR LENTİ
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO
-
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
Yasamalda xəstəxanada PARTLAYIŞ - Ölən və yaralanan VAR - YENİLƏNİB
-
Xamenei xalqa müraciət etdi
-
Verilişi bağlanan Xoşqədəm görün nə işlə məşğuldur - VİDEO
-
Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilir - FOTO
-
Azərbaycanda kredit faizləri ENDİRİLİR?
-
110 metrlik asteroid Yerə yaxınlaşır





