Siyasət
Əli Həsənov: "Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir"
9 Aprel 2015 20:10
Baxış: 1 110
"Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur".
Milli.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli və xarici jurnalistlərə müsahibəsində sammitin əhəmiyyəti barədə mülahizələrini söyləyib.
Ə.Həsənov bildirib ki, müasir müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir: "Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Tezliklə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən "Sahdəniz 2" layihəsi və "Cənub" qaz dəhlizi üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi çıxış edəcək. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır".
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir: "Bu mənada regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda, digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək