Siyasət
Prezident İlham Əliyev: "Azərbaycan xalqı son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olub, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalıb"
9 Aprel 2015 19:48
Baxış: 974
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda keçirilən II beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.
İnsanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər.
Azərbaycan xalqı da son yüz ildə dəfələrlə amansız təcavüzün qurbanı olmuş, qırğınlara, deportasiya və etnik təmizləmələrə məruz qalmışdır. Konfransın keçirildiyi Quba şəhərində 8 il əvvəl aşkar edilmiş kütləvi insan məzarlığı erməni millətçilərinin XX əsrin əvvəllərində Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi sistemli və məqsədyönlü qətllərin yalnız bir fraqmentidir. Sovet hakimiyyəti dövründə bu cinayətlərin ört-basdır olunması, tarixçilərin öz elmi-tədqiqat işlərini məhdud ideoloji çərçivələr və yanlış metodologiya əsasında aparmağa məcbur edilməsi erməni ekspansionist şovinizminin daha da güclənməsinə rəvac vermiş, 23 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında Xocalı soyqırımı kimi ağır faciənin baş verməsinə zəmin yaratmışdır. Etnik mənsubiyyətə görə törədilmiş bu kütləvi qırğına beynəlxalq birliyin vaxtında adekvat münasibət bildirməməsi sonralar planetin başqa yerlərində, o cümlədən Avropanın mərkəzində soyqırımı cinayətlərinin təkrarlanmasına yol açmışdır.
Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.
Şübhə yoxdur ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı bu beynəlxalq elmi konfrans maraqlı məruzə və çıxışlarla, problemin ayrı-ayrı aspektlərinə dair qiymətli faktların təqdimatı ilə yadda qalacaqdır. Əminəm ki, gələcək araşdırmalarınız da türk-müsəlman xalqlarının şanlı keçmişinin faciəli məqamlarına işıq salmağa və tarixidən ibrət dərsi götürməyə xidmət edəcəkdir. Bu nəcib fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək