Siyasət
Əflatun Amaşov: "Azərbaycanın regionda güclü dövlətə çevrilməsi, müstəqil siyasət aparması bəzi ölkələri narahat edir"
9 Aprel 2015 18:05
Baxış: 605
"Azərbaycanın güclü dövlət olmasını qəbul etməyən müəyyən təşkilatlar I Avropa Oyunları ərəfəsində özlərinə yaxın media qurumları vasitəsilə Azərbaycan qarşı qarayaxma kampaniyasına başlayıblar".
Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da daim qərəzli yazlarla çıxış edən media orqanları jurnalist obyektivliyinə əməl etmirlər: "Azərbaycanla bağlı mütəmadi olaraq xarici mediada müxtəlif səpkili materiallar işıq üzü görür. İstər qəzetlər, istər xəbər portalları, istər televiziya reportajlarında. Bu materialların bir qismi müsbət, bir qismi də mənfi olur. Bəlkə haradasa bunları təbii qarşılamaq olardı, ancaq birmənalı qaydada qərəzli, görülən işlərə qara yaxan reportajlardakı qeyri-peşəkarlığı aydın seçmək olur. Digər tərəfdən, onlar Azərbaycanın ən ciddi problemi olan Dağlıq Qarabağla bağlı Azərbaycanın əleyhinə materiallar hazırlayaraq Ermənistanın tərəfində görünməkdə maraqlıdırlar. Bu isə birmənalı olaraq Azərbaycanın maraqlarına ziddir. Bu materialları hazırlayan media qurumları azad deyil. Transmilli media hansı ölkədə yerləşirsə, hansı ölkədən maliyyələşirsə, həmin ölkələrin maraqlarından çıxış edir. Aid olduqları ölkənin marağına cavab verməyəndə əsas hadisəni görmürlər, lakin maraqlarına cavab verəndə adi bir hadisədən "dünya əhəmiyyətli xəbər" düzəldirlər. Elə bu yaxınlarda BBC-nin müxbiri Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib, hazırladığı reportaj da o qəbildəndi".
Şura sədri qeyd edib ki, son 20 ildə Azərbaycanın istər iqtisadi, istər siyasi, istər hərbi baxımdan regionda güclü dövlətə çevrilməsi, eyni zamanda müstəqil siyasət aparması müəyyən ölkələrdə narahatlıq yaradır: "Bu narahatlıq isə onlara yaxın mətbuat orqanlarında Azərbaycanla bağlı hazırlanan materiallarda özünü göstərir. "Eurovision" müsabiqəsi ərəfəsində də eyni vəziyyət idi".
Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası xarici media vasitələrində Azərbaycanla bağlı obyektiv informasiyaların əksini tapması üçün mütəmadi fəaliyyət göstərir: "Mütəmadi olaraq müxtəlif ölkələrdən jurnalistlər dəvət edirik. Bu yaxınlarda da Türkiyədən çox böyük jurnalist heyəti gəlmişdi. Yaxın vaxtlarda da ayrı-ayrı ölkələrdən çoxsaylı jurnalistlərin ölkəmizə səfəri gözlənilir. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd ölkənin vəziyyəti ilə bağlı xarici media vasitələrində obyektiv informasiya yayılmasına nail olmaqdır. Daha çox qonaqlar dəvət edib, Azərbaycanda görülən işlərlə onları tanış etməkdir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək