Siyasət
Klod Salhani: "Avropa üçün Azərbaycanın müstəsna rolu enerji resurslarına malik və Asiyaya açılan qapı olmasındadır"
9 Aprel 2015 15:23
Baxış: 521
"Avropa üçün Azərbaycanın müstəsna rolu ölkənin təkcə əhəmiyyətli neft-qaz ehtiyatlarına malik olmasında deyil. Hazırda iri nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan Avropanın Asiyaya və əksinə açılan qapısıdır".
Trend-in məlumatına görə, bunu Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhani Bakıda keçirilən VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında çıxış edərkən deyib.
O qeyd edib ki, Azərbaycan ərazisindən iri nəqliyyat dəhlizləri keçir, respublikada regionun nəhəng nəqliyyat infrastrukturu layihələri həyata keçirilir - magistral avtomobil yolları modernləşdirilir, Xəzərdə iri liman tikilir: "Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu Avropa ilə Asiyanın birləşməsi məsələsində müstəsna yer tutacaq. Bu yol Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Xəzəri Avropa ilə birləşdirəcək".
K.Salhani bildirib ki, neft hasilatçısı kimi şöhrət qazanmış Azərbaycan çox vacib prosesə - Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə hazırlaşır: "Qarşıdakı illərdə Azərbaycan qazı Avropa istehlakçıları üçün yeganə yeni mənbə olacaq. Və bu prosesin təşəbbüskarı kimi ilk növbədə Bakı çıxış edir".
O əlavə edib ki, hazırda ölkə yeddi neft-qaz ixrac kəmərlərinə malikdir: "Uzun illərdir ixrac strategiyasının tacı 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"nin hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Lakin Azərbaycan əldə edilənlə kifayətlənmədi və XXI əsrin müqaviləsini reallaşdırmağa başladı. Bu müqavilə "Şahdəniz" yatağından qaz ixracını, ümumi dəyəri 45 milyard dollar olan şaxələndirilmiş qaz kəmərləri şəbəkəsinin (o cümlədən TANAP və TAP) yaradılmasını nəzərdə tutur".
Baş redaktor deyib ki, neft və qazdan əldə edilən gəlilər Azərbaycana bir çox sosial məsələləri həll etməyə, demək olar, yoxsulluq və işsizliyi aradan qaldırmağa, peyk buraxmağa və ən əsası, neft sektorundan asılılığı azaltmağa imkan verdi: "Hazırda ölkə ÜDM-in təqribən 70 faizi iqtisadiyyatın qeyri-neft sektorunun payına düşür. Ölkə SSRİ-dən miras qalan infrastrukturun yenilənməsi yolu ilə getdi ki, bu da son vaxtlar keçmiş SSRİ məkanında çox tez-tez baş verən texnogen fəlakətlər riskini xeyli azaltmağa imkan verdi".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək