Siyasət
XİN: "Ermənistanın ianələr və xarici borclar hesabına silahlanması Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir"
29 Mart 2015 17:51
0 Şərh
Baxış: 2 051
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının üzvü Leonid Slutskinin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirlərə münasibət bildirib.
Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin II katibi Könül Süleymanlı L.Slutskinin Ermənistanda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri şərh edərək bildirib: "Leonid Slutskiyə xatırlatmaq istərdik ki, onun səfər etdiyi Yerevan şəhərində faşist Almaniyasının SS birləşmələrinin generalları olan Njde Qareqin və Drasmat Kanayanın ("Dro") şərəfinə Ermənistanın "milli qəhrəmanları" kimi abidələr ucaldılıb, mərkəzi meydanlardan birinə Njde Qareqinin adı verilib. Leonid Slutskinin Ermənistanda görüşdüyü Ermənistanın hakim siyasi partiyasının rəsmi ideoloji əsasını isə "Njdexeizm" təşkil edir".
O qeyd edib ki, L.Slutski millət vəkili kimi öz reallıq hissini itirməyərək faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində faşizmin qurbanı olmuş milyonlarla keçmiş SSRİ vətəndaşının ruhuna hörmət əlaməti olaraq, rəsmi Yerevan qarşısında faşist generallarının "qəhrəmanlaşdırılması" və onların şərəfinə hətta Moskvada tədbirlərin keçirilməsi məsələsinə münasibət bildirməli idi: "Belə bir münasibətin bildirilməsi hələ də gec deyil. Leonid Slutskiyə onu da xatırlatmaq istərdik ki, erməni terror təşkilatı olan ASALA-nın təsisçilərindən olmuş və onlarla mülki insanın terror yolu ilə öldürülməsində şəxsən iştirak etmiş terrorçu Monte Melkonyanın da şərəfinə milli qəhrəman kimi Ermənistanda abidə ucaldılıb".
XİN rəsmisi vurğulayıb ki, radikal ideologiya əsasında həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsidir ki, Ermənistan dünyada yeganə mono-etnik dövlətdir. Ermənistan ərazisində tarixi torpaqlarında azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. Ermənistanda yaşayan digər millətlər də bu siyasətin qurbanı olublar. SSRİ-nin süqutu ərəfəsində Ermənistan ərazisində 28-dən artıq rus kəndi olduğu halda, indi demək olar ki, onların heç biri qalmayıb: "Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Leonid Slutskinin görüşdüyü Ermənistan rəhbərliyinə Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal, təcavüz və qanlı etnik təmizləmə siyasətinə son soymağa dair çağırış etməsi daha təqdirəlayiq olardı. Leonid Slutskinin tarixi təhrif etməsi və siyasiləşdirməsi əvəzinə, rəhbərlik etdiyi komissiyanın gündəliyinə Xocalı faciəsini çıxarması daha düzgün addım olardı".
K.Süleymanlı bildirib ki, real rəqəmlərin fərqində olmayan L.Slutski regionda "silah yarışması"ndan danışır: "Leonid Slutskinin yaddaşını təzələmək istərdik ki, əhalisinin 50 faizə yaxını yoxsulluğun ən ifrat həddində yaşayan və xarici borcu ümum daxili məhsulu bir neçə dəfə üstələyən Ermənistan ÜDM-in adambaşına düşən nisbətinə görə dünyada ən çox silahlanmış bir dövlətdir. Ermənistanın ianələr və xarici borclar hesabına silahlanma siyasəti Azərbaycana qarşı işğal və təcavüzün saxlanmasına xidmət edir. İşğal, təcavüz və ilhaqçı siyasətinə son qoyduğu halda, Ermənistan silahlanmaya sərf etdiyi vəsaiti bərbad vəziyyətdə olan ölkənin inkişafı naminə istifadə edə bilərdi".
Onun sözlərinə görə, L.Slutskinin bu səpkidə çıxışı Azərbaycan ilə Rusiya Federasiyası arasında yaxın tərəfdaşlıq münasibətlərinə zərər vura bilər: "O, təhrif edilmiş formada Azərbaycanda keçirdiyi görüşlərdən danışır. Bakıda olduğu zaman isə Azərbaycanın yüksək rəhbərliyi ilə keçirdiyi görüşü zamanı Azərbaycan ərazilərinin işğalına son qoyulmalı olduğunu bildirmiş və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə etmişdi. Onun qeyd olunan mülahizələri Azərbaycan-Rusiya əlaqələrinin ruhuna zidd olaraq, Azərbaycanın daxili işlərinə qarışmaq kimi başa düşülə bilər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Aleksandr Lukaşenko Mehriban Əliyevanı təbrik edib
-
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Rahim Sterlinq həbs oluna bilər
-
Bakıda yanğın: 36 yaşlı kişi öldü - (Video)
-
Məşhur türk serialı ilə bağlı qərar verildi
-
Niderlandlı ulduz "Beşiktaş"a transfer olundu
-
Koçaryanın oğlu həbs olundu
-
“Dizim ağrıyır, yağış yağacaq” - Bu, doğrudanmı mümkündür?
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”