Siyasət

Azərbaycandan Ermənistana çağırış

27 Fevral 2015 14:07
Baxış: 1 007
Ermənistan Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş azərbaycanlılar məsələsində aşkarlıq və şəffaflıq nümayiş etdirməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 mindən çox azərbaycanlı itkin düşüb: "2014-cü ildə Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü çərçivəsində girovlar və itkin düşmüş şəxslər haqqında informasiya mübadiləsinə dair razılıq əldə olunub. Ermənistan indiyədək bu razılaşmalara və Beynəlxalq Qırmızı Xaç Komitəsinin çağırışlarına məhəl qoymur".

H.Hacıyev qeyd edib ki, Azərbaycanda 20 ildən artıqdır itkin düşmüş yaxınlarını gözləyən ailələr var: "Destruktiv mövqe tutan Ermənistan bu məsələ üzrə öz öhdəliklərinə məhəl qoymamağa davam edir".

XİN rəsmisi ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri iki azərbaycanlının "məhkəmə"sini qanunsuz adlandırıb: "Azərbaycan onların azad edilməsi üzrə işi beynəlxalq təşkilatlarla davam etdirəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.