Azərbaycan MN: "Ermənistanın itkiləri açıqlanan rəqəmdən dəfələrlə çoxdur"
Bunu APA-ya açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin 2014-cü ildə erməni tərəfinin itkiləri barədə hesabatını şərh edən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib."Ermənistan Silahlı Qüvvələrinin 2014-cü ildə verdiyi itkilərin sayı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin açıqladığı rəqəmdən dəfələrlə çoxdur"
Onun sözlərinə görə, Ermənistan tərəfi daim cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd göstərir: "Ancaq hər dəfə də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri onlara layiqli cavab verir, işğalçıların canlı qüvvəsini məhv edərək geri oturdur. Əgər Ermənistan ordusundakı hərbi hissələrdəki acınacaqlı vəziyyətdən, xəstəlikdən, nizamnamədən kənar münasibətlərdən və digər hadisələrdən ölənlərin sayı 45 nəfər olaraq rəsmən təsdiqlənirsə, deməli, ermənilərin gizlətdikləri və birbaşa döyüş mövqelərində yerləşən hərbi bölmələrdə ölən və yaralananların sayı daha artıqdır. Müxtəlif mənbələrdən əldə olunan dəqiq məlumatlar onu deməyə əsas verir ki, göstərilən bu rəqəm yalnız arxa cəbhədə, qeyri-döyüş şəraitində ölən erməni hərbi qulluqçuların sayını əhatə edir. Həqiqətdə isə onların itkiləri qeyd edilən rəqəmdən ən azı 3-4 dəfə çoxdur. Cəbhədə ölənləri gizlətmək praktikasını yaxşı mənimsəmiş düşmən əsasən dünyanın müxtəlif ölkələrindən işğal olunmuş ərazilərimizə gətirdikləri muzdlu qatilləri, müqavilə əsasında xidmət edən hərbi qulluqçuları, Dağlıq Qarabağ ərazisində yaşayan Qarabağ ermənilərinin ölümünü ört-basdır edir və itkilərinin sayını süni surətdə azaldır".
Qeyd edək ki, təkcə 2014-cü ilin yay aylarında cəbhədəki gərginlik zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Ordusunun 50-dən çox hərbçisi məhv edilib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin son hesabatında isə 2014-cü ildə Ermənistan Silahlı Qüvvələrində 45 nəfərin öldüyü göstərilib. Avqust ayının əvvəllərində cəbhədə təxribatlara cəhd edərkən Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş bir neçə erməni hərbçisi barədə məlumat Ermənistan Müdafiə Nazirliyi tərəfindən gizlədilsə də bir ay sonra həmin şəxslər, onların fotoları və digər məlumatlar ermənilərə məxsus sosial şəbəkələrdə yayılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





