Siyasət
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni gətirilmiş "Boeing-787-8" sərnişin təyyarəsinə baxıblar - YENİLƏNİB - FOTO
2 Yanvar 2015 20:50
Baxış: 5 042
16:36
Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş "Boeing-787-8" Dreamliner sərnişin təyyarəsinə baxıblar.
Milli.Az AzərTAc-a istinadən bildirir ki, "AZAL" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verdi.
"Boeing-787-8" Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən "Arzular layneri" daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.
Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının ən müasir "Boeing-787-8" Dreamliner sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Hava Yolları"nın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.
Milli.Az
----------
20:50

Böyütmək üçün şəkillərə klikləyin.

Foto: AzərTAc
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)