Siyasət
Azərbaycan şərəf və ləyaqət ölkəsidir, cənab Nenad Pejic!
27 Dekabr 2014 11:35
Baxış: 1 875
"Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarış və bununla bağlı Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic tərəfindən verilən bəyanatda keçirilən əməliyyat-axtarış tədbirlərinin hücum və quldurluq adlandırılmasının heç bir hüquqi əsası yoxdur. Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinin verdiyi məlumatda da bildirilir ki, "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Yəni, konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə təqsirli bilinən şəxs və ya şəxslər haqqında olan cinayət işinin araşdırılması ilə bağlı Cinayət Prossesual Məcəllənin müvafiq maddəsinə uyğun aparılan əməliyyat -axtarış fəaliyyətidir.
Heç bir məntiqə sığmayan çıxışları ilə, etik qaydalara belə riayət etməyi özünə borc bilməyən Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) bu bəyanatları ilə özü elə əxlaq çərçivəsinə sığmayan hərəkətlərə yol verir. Konkret faktlara söykənməyən bəyanatlarla Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etməyə bu qədər canfəşanlıqla yanaşan Nenad Pejic özü müstəqillik və suverenlik statusu haqqında bütün beynəlxalq normaları unudur. Belə ki, onun dedikləri ilə bağlı heç kimə dünyada belə bir hüquq verilməyib ki, suveren dövlətin rəhbəri haqqında ləyaqət və şərəfə toxunan ifadələr və ya kəlmələr işlətsin.
Azərbaycan Respublikası BMT tərəfindən bütün qanunlarla öz sərhədləri ilə tanınan suveren və müstəqil bir dövlətdir. Böyük və kiçikliyindən asılı olmayaraq qarşılıqlı münasibət quraraq, heç kimdən, o cümlədən ABŞ, Avropa Birliyi və digər ölkələr də daxil olmaqla öz müstəqil siyasətini yürüdən bir dövlətdir.
Yəqin ki, "Azadlıq" radiosunun əməkdaşları həbs ediləndə, müvafiq hüquqi hərəkətlərin aparılacağı haqqında Nenad Pejic və başqalarının xəbərləri var idi. Lakin heç bir bəyanat verilmədi. Necə ola bilər ki, onlar "Azadlıq" radiosundan Azərbaycan ərazisində öz maliyyələri hesabına media kimi yox, təbliğat vasitəsi, gələcəkdə istifadə ediləcəkləri nəzərdə tutulan müəyyən şəxslərin cəlb edilməsi, mənfi ictimai rəyin formalaşdırılmasının aşılanması kimi istifadə edirdilər. Təbii ki, bu da öz adekvat cavabını aldı.
Bir sözlə, Nenad Pejic başa düşməlidir ki, Azərbaycan dövləti öz mentalitetinə və əqidəsinə uyğun oalaraq, medianın və təbliğatın təsiri ilə hər gün "çevrilişlər"lə qarşılaşa biləcək hər hansı "banan ölkə" deyil və onlar haqda işlətdikləri sözləri və kəlamları burada da işlətmək mümkün olsun. Buna görə də tərbiyəsizlik və ədəbsizliyini özündə saxlasın və özünə uyğun, lazım olan yerlərdə işlətsə, daha məqsədli olar, çünki istər dövlət başçısının, istərsə dövlətçiliyin, xalqın, hər bir vətəndaşın böyük çətinliklərlə qazandığı və əldə etdiyi bir dövlətimiz var, o da Azərbaycandır və heç kəs onun haqqında belə ifadələr işlətməyə qadir və ixtiyar sahibi deyil və həmişə layiq olduğu kimi cavabını alacaqdır.
Arzu Nağıyev
Trend-in icmalçısı - Baş direktorun müavini

DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir