Yalan və mənəviyyatsızlıq hakimiyyət üçün problem olmayanda
Ermənistanın Miqrasiya məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Qagik Yeganyan bu günlərdə bəyan edib ki, gələn ilin yanvarın 1-dən etibarən Rusiyaya işləməyə gedən erməni mühacirlər üçün şərtlər asanlaşacaq.
"Bu şəxslər hazırda ümumi məbləği 20 milyon dollara çatan əlavə ödənişlərdən qurtulacaqlar", - Q.Yeganyan söyləyib.
Ermənistan prezidenti Serj Sarkisyan Moskvanın MDB məkanında yaratdığı yeni geosiyasi layihə olan Avrasiya İqtisadi Birliyinə (AİB) Yerevanın üzv olması ilə bağlı çıxışlarının istisnasız olaraq hamısında nikbin vədlər verir. Onun dediyinə görə, ölkə AİB-ə qatılandan sonra işsizlik probleminin həllində ciddi irəliləyişlər olacaq, iqtisadiyyat canlanacaq, əmək miqrasiyasının səviyyəsi aşağı düşəcək, hətta Rusiyada işləyən ermənilər belə, geri qayıdacaqlar.
O da söylənir ki, Ermənistan iqtisadiyyatına investisiyalar artacaq, şirkətlər və sərmayədarlar Sarkisyan rejiminin layihələrini həyata keçirmək üçün növbəyə duracaqlar.
İndi isə bəlli olur ki, Yerevandakı rejim "vətəndaşların maddi rivah səviyyələrinin yaxşılaşdırılması"ndan bəhs edəndə ölkənin böhrandan çıxarılmasını yox, ölkədən iş və çörək üçün qaçanların vəziyyətlərinin "inkişafı"ndan, onların qaçışlarının rahatlaşdırılmasından bəhs ediblər.
Sadəcə, elə həmin vətəndaşlar deyilənləri və vəd edilənləri yanlış anlayıblar.
Rusiyaya iş dalınca gedən ermənilərlə bağlı situasiya birmənalı olmadığından bu sahədə qanunverici yeniliklər və ya dəyişikliklər əvəzinə, o adamların elə vətənlərində iş yerləri ilə təmin edilməsi daha məntiqi, gərəklidir.
Rusiyaya yollanan ermənilərin tam əksəriyyəti orada müvafiq rəsmi qeydiyyata düşmədən çalışırlar. Rusiya iqtisadiyyatı da eynən Ermənistanda olduğu kimi rüşvətxorluq və korrupsyia üzərində bərqərar olduğundan, iş axtaranlar məmurlarla biznesmenlərin qanunsuz gəlirlərini daha da artırırlar.
Belə qapalı, kölgə məşğulluğu rüşvətxorluğun bütün səviyyələrdə ən yüksək həddə çatdığı iqtisadiyyatlara xasdır.
Ermənistanın hakimiyyət dairələri Rusiyaya işləməyə gedən ermənilərin "əlavə ödənişlərdən qurtulması"nı vəd edirlər və prosesin sadələşəcəyini söyləyirlər.
Yenə də yalan.
Hansısa Aram və ya Karapet Ermənistanı tərk edərək Rusiyaya yollananda sənədləşdirmənin asanlaşması onun yaşamının, ələlxüsus da iş yeri tapmasının sadələşməsi demək deyil.
Ukrayna ilə bağlı yürütdüyü siyasətə görə Rusiyaya ABŞ və Avropa Birliyi çox sərt sanksiyalar tətbiq etdiklərindən Moskva ağır iqtisadi-maliyyə və sosial böhranla qarşılaşıb. Rusiyanın hakimiyyət dairələri də belə vəziyyətdə maliyyə dövriyyəsini mümkün qədər optimallaşdırmağa, ölkədən kapital axınının qarşısını almağa çalışırlar. Sanksiyalar reallaşandan az sonra rəsmi Moskva əmək miqrasiyası sahəsində bir sıra məhdudiyyətlərə əl atıb.
Rusiyada işə qəbul zamanı yerli işçi qüvvəyə, ölkə vətəndaşlarına üstünlük verilir və belə şəraitdə miqrantların iş tapmaları xeyli çətinləşib.
Ona görə də Yerevandakı məmurların, Sarkisyan rejiminin funksionerlərinin dediklərinin tam əksinə olaraq, gələn ilin yanvarın 1-dən etibarən Rusiyaya işləməyə yollanacaq ermənilər ölkələrinin Avrasiya İqtisadi Birliyinə qatılmalarından heç cür bəhrələnə bilməyəcəklər. Onların durumlarını yaxşılaşdıra biləcək yeganə amil Rusiya vətəndaşlığını qəbul etməkdir.
Rusiyada miqrantların qanuni və ya qeyri-qanuni işləmələri də artıq ciddi əhəmiyyət kəsb etmir. Ağır böhranda olan ölkə hətta qanuni miqrantları belə, gəldiyi ölkəyə deportasiya edə bilər. Ona görə də Rusiyada qalmaq və orada işləmək istəyən erməni üçün çıxış yolu vətəndaşlığı əldə etməkdir.
Əgər 2013-cü ildə Ermənistanın 12 min vətəndaşı Rusiya vətəndaşlığı almışdısa, gələn il bu rəqəmin ən azı iki dəfə artacağı şübhə doğurmur.
Rusiyanın məruz qaldığı iqtisadi çətinliklər yerli əhalinin maddi-sosial durumunu pisləşdirib, iş yerlərinin sayını azaldıb. Yəni makroiqtisadi göstəricilərin pisləşməsi Rusiyaya işləməyə yollanan və ya yollanacaq ermənilərin vəziyyətini də ağırlaşdıracaq.
Bütün bunları nəzərə alsaq, "Rusiyaya işləməyə getmək fikrində olanların vəziyyəti yüngülləşəcək" tipli bəyanatların səslənməsi mənəviyyatsızlıq, siyasi əxlaqsızlıqdır.
Serj Sarkisyan rejimi ölkə iqtisadiyyatındakı böhranın həll yollarını aramaq, dövlətin hərraca çıxarılaraq satılan müstəqilliyini bərpa etmək əvəzinə yalnız özünü düşündüyündən belə yalanların ardı-arası kəsilən deyil.
Yerevandakı rejim ölkənin Avrasiya İqtisadi Birliyinə qatılmasına haqq qazandırmaq və bu qərarın guya ermənilərin mənafelərinin düşünülməsindən sonra qəbul etdiyini göstərmək üçün ucuz təbliğat şousunu davam etdirir.
Məqsəd bu qərarın "ermənilərin iradəsi ilə qəbul olunduğunu" və "cəmiyyətin əksər qisminin də qərarı istədiyini" göstərməkdir.
Ermənistan rəhbərliyi illər boyu yalanları həqiqət kimi təqdim etdiyindən, indi də ləyaqətsiz davranışını problem bilmir.
Problem ölkənin durumudur ki, o da Serj Sarkisyanı maraqlandırmır.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





